08.07.2019

ABŞ «Facebook»-a görə iclas keçirəcək

ABŞ Konqresinin üzvləri, şirkətin hərəkətlərinin nəticələrini araşdırmaq üçün daha çox vaxta ehtiyacları olduğunu bildirərək «Facebook»dan «Libra» prosesinə fasilə verməsini istəyib.

Maliyyə xidmətlər sahəsindəki komitənin sədri, konqresmen Maxine Water və alt komitə sədrləri yazdıqları məktubda, «Facebook»dan planları dərhal dayandırmasını istəyiblər. Məktubda, «Facebook hazırda dünya əhalisinin dörddə birinin istifadə etdiyi bir platformadır. Facebook və tərəfdaşlarının, bu məsələ ilə bağlı araşdırma başa çatana qədər planları dayandırmaları vacibdir. «Libra»nın riskləri və faydaları haqqında hökumətlə açıq müzakirələr aparmağı  və hüquqi həll yollarını araşdırmağı planlaşdırırıq»,- ifadəsi istifadə edilib.

ABŞ Konqresi 17 İyulda «Libra»nı müzakirə etmək üçün bir toplantı keçirəcək.

Mənbə fins.az


Digər xəbərlər


Tibb işçilərinin əməkhaqqıları artırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışa...

Bakıda ən bahalı mənzillər hansı ərazilərdə satılır?

“Hazırda mənzil bazarında durğunluq müşahidə edilir”. Bunu açıqlamasında daşınmaz əmlak üzrə ekspert, “Property» Qiymətləndirmə şirkətinin di...

Azərbaycanda korrupsiya azalıb - HESABAT

“Beynəlxalq Şəffaflıq” Təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2019-cu il üçün Korrupsiya Qavrama İndeksini (2019 KQİ) təqdi...

Sabahdan qatarlara biletlər yeni qayda ilə satılacaq

Ölkə daxilində hərəkət edən qatarlara bilet satışıqaydalarına dəyişiklik edilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Gülüstan.info-ya verilən məlum...