02.07.2019

ABŞ hökuməti «Huawei» şirkətinə qarşı hələ də yumşalmaq istəmir

Ağ Evin təmsilçisi bir neçə gün bundan öncə ABŞ prezidenti Donald Trump-ın Huawei şirkətinə qarşı təyin edlmiş qadağaların aradan qaldırılması barəsində verdiyi bəyanatlara açıqlama verib. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə G20 adlı “Böyük İyirmilik” görüşməsi çərçivəsində Donald Trump Çin ilə ortaq razılaşmanın əldə olunduğunu və ABŞ şirkətlərinə öz məhsullarını Huawei şirkətinə satmağa icazə verdiyini bildirmişdi.

İndi isə məlum olub ki, hər şey heç də bu qədər asan deyil. Bu barədə Reuters saytına istinadən 4pda saytı xəbər verib. ABŞ prezidenti Donald Trump-ın verdiyi bəyanatlar ABŞ şirkətlərinin Huawei ilə əməkdaşlıqlarına qoyulmuş qadağanın tamamilə aradan qaldırılması kimi qiymətləndirilmişdi. Belə ki, prezident ABŞ istehsalı olan məhsulların Huawei Şirkətinə satılmasına icazə vermişdi. İndi isə Donald Trump administrasiyasının təmsilçisi bu məsələ ilə bağlı detalları aydınlaşdırıb.

“Sadəcə olaraq şirkətin ehtiyac duyduğu ümumi komponentlərin alışı üçün əlavə lisenziyalar təqdim olunacaq. Mikroçip istehsalı ilə məşğul olan ABŞ şirkətləri əsasən öz məhsullarını digər ölkələrdə də satırlar. Milli təhlükəsizlik məsələsi əvvəlcədən də olduğu kimi ilkin növbədə qalacaq” — deyə Ağ Evin təmsilçisi bildirib. O həmçinin qeyd edib ki, Donald Trump-ın bəyanatları hələki yekun bəyanatlar deyil. Hər iki tərəf danışıqlar apararaq ortaq məxrəcin əldə olunmasına çalışacaqlar.

Mənbə technote.az


Digər xəbərlər


Beynəlxalq Bankdan "oğurlanan" 1 milyarda yaxın pulun izi harada itirilib? - FAKTLAR

Tanınmış vəkil Adil İsmayılov «Beynəlxalq Bank işi» ilə bağlı növbəti sensasion yazısını yazıb.  Qaynarinfo həmin yazını təqdim edir: ...

Yeni "Samsung Galaxy Note 10" smartfonu artıq satışda

«Samsung Electronics» avqustun 23-də yeni flaqman smartfonu «Galaxy Note 10″u 70 ölkədə satmağa başlayıb. TASS-a istinadən xə...

Huawei ABŞ sanksiyalarına qarşı bu cür silahlanır - Mühəndislərdən ibarət xüsusi komandalar yaradır

ABŞ sanksiyalarının yenidən təxirə salınmasına baxmayaraq Huawei şirkətinn yaradıcısı Ren Zhengfei şirkət əməkdaşlarını yeni layh...

Azərbaycanda yeni fabrik tikilir - Foto

Xalça istehsalı kompleks istehsal sahəsidir. Bu sahənin inkişafını  Yunəyirici-Boyaq Fabriki olmadan təsəvvür etmək mümkün deyil. Xalça isteh...