15.07.2019

ABŞ-ın əli indi də Türkiyənin yaxasında — Sabahdan sanksiya paketi açıqlanır

Vaşinqton sanksiyaların çevriliş cəhdi ilə assosiasiya olunmasından ehtiyatlanır

Birləşmiş Ştatlar Rusiyadan «S-400″ zenit-raket kompleksləri aldığı üçün rəsmi Ankaraya qarşı sanksiyalar paketi hazırlayıb.»Euronews«a istinadən xəbər verilir ki, ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar paketinin iyulun 16-dan sonra elan olunacağı gözlənilir.

Birləşmiş Ştatlar Türkiyədə 15 iyul — dövlət çevrilişinə cəhdin qarşısının alınmasının 3-cü ildönümü ilə əlaqədar Ankaraya qarşı sanksiyaların tətbiqini bir qədər ertələyib. Belə ki, rəsmi Vaşinqton sanksiyaların bu hadisə ilə assosiasiya olunmasından ehtiyatlanır. 

Qeyd edək ki, Türkiyə Belarus və Çindən sonra Rusiya Federasiyasının «S-400»  zenit-raket kompleksləri satdığı üçüncü ölkədir. Yaxın vaxtlarda Hindistanın da bu siyahıya qoşulacağı gözlənilir.

Xatırladaq ki, ötən ay «Bloomberg» nəşri hadisədən məlumatlı mənbələrə istinadən xəbər yayıb ki, ABŞ Prezidenti Donald Trampın Administrasiyası Türkiyənin «S-400» zenit-raket komplekslərini alması ilə bağlı rəsmi Ankaraya qarşı artıq iyulda üç yeni sanksiya paketini tətbiq etmək imkanını nəzərdən keçirir.

Agentliyin məlumatına görə, hazırda ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və ABŞ Maliyyə Nazirliyinin rəsmiləri arasında müzakirə olunan ən ciddi sanksiyalar paketi onsuz da çətin dövr yaşayan Türkiyə iqtisadiyyatını tamamilə silkələyəcək.

Bundan əlavə, ABŞ rəhbərliyi hazırda Türkiyənin müdafiə sektorunda olan bir neçə şirkətə qarşı sanksiyalar tətbiq etməyi də nəzərdən keçirir. Bu cür cəzalar şirkətləri ABŞ maliyyə sistemindən ayıracaq ki, bu da sanksiya tətbiq ediləcək Türkiyə şirkətlərinin ABŞ istehsalı olan məhsulları almasını və ya öz məhsullarının ABŞ ərazisində satılmasını mümkünsüz edəcək.

Mənbənin sözlərinə görə, Türkiyəyə qarşı yeni sanksiyalar iyulda, «S-400″lərin bu ölkəyə tədarükünün həyata keçirildiyi ayda tətbiq oluna bilər.

Mənbə sputnik.az


Digər xəbərlər


Netanyahu İrana qarşı daha sərt sanksiyalar istədi

İsrailin baş naziri Benyamin Netanyahu Amerika prezidenti Donald Trampın İrana qarşı yeni kəskin sanksiyaların qəbul ediləcəyilə bağlı səsləndirdiyi ...

Putin Paşinyanın ikitərəfli görüş təklifini rədd etdi

Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanın ikitərəfli görüş təklifini rədd edib. «168 JAM» qəzetinə istin...

İranla bağlı son 48 saat! ABŞ yeni qərar verəcək

ABŞ İrana qarşı yeni sanksiyalarını 48 saat ərzində elan edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Biz İrana qarşı hansısa sanksiyalar t...

Ermənistanda bərqərar olan Nikol Paşinyan hökuməti dağılır

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistandakı vəziyyəti şərh edərkən bildirib. O xatırladıb ki, bu həftə Ermənista...