11.07.2019

ABŞ-ın maliyyə naziri Amerika şirkətlərinə “Huawei” ilə bağlı çağırış etdi

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bir neçə gündür ki, Amerika kompaniyalarını Çinin telekommunikasiya korporasiyası “Huawei” ilə əməkdaşlığı davam etdirmək üçün yollar axtarmağa çağırır.

“The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, müvafiq təkliflər ABŞ Prezidenti Donald Trampın Çin kompaniyasının fəaliyyətinə məhdudiyyətləri yumşaltmaq barədə qərarından sonra səslənməyə başlayıb.

Məlumata əsasən, maliyyə naziri Amerika şirkətlərinə məhsullarının “Huawei” kompaniyasına satışını davam etdirməyə imkan verəcək lisenziyanın alınmasına nail olmağa çağırıb. Nəşrin fikrincə, nazirin məsələyə belə yanaşması Amerika administrasiyasının Pekinlə münasibətləri yaxşılaşdırmaq niyyətlərinin ciddiliyindən xəbər verir.

Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Bununla bağlı Birləşmiş Ştatların Ticarət Nazirliyi mayın 17-də milli təhlükəsizliyə təhdid səbəbindən “Huawei” kompaniyasını qara siyahıya salıb.

Mənbə azertag.az


Digər xəbərlər


Diqqət! Ünvanlı sosial yardımın alınması qaydaları dəyişir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunma...

Ölkədə banklara olan inam niyə aşağıdır?

Ölkəmizdə vətəndaş bank münasibətlərində təbii ki, müəyyən problemli məqamlar mövcuddur.Bu sahədə  cəmiyyətdə banklara ,xüsusilə də özəl banklara ola...

Avtomobili olanlara ideal rahatlıq yaradıldı

Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək.Bu barədə FED.az-a Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsi...

Ölkəmizə gətirilən avtomobillərin sayı 2 dəfə artıb - SƏBƏB

Hesabat dövründə ölkəyə 27 825 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal ...