15.07.2019

Apple iPhone-ları Hindistanda istehsal edəcək

Apple şirkəti yaxın zamanda Hindistanda iPhone XR ilə iPhone XS modellərinin istehsalına start verəcək. Bu barədə Reuters saytına istinadən Macdigger saytı xəbər verib. Hal hazırda Apple şirkəti Hindistanda yerli bazar üçün iPhone SEiPhone 6S və iPhone 7 modellərini istehsal edir. Hindistan smartfon satışı üçün böyük bir bazardır.

Lakin şirkətin smartfon modelləri bu bazarda pis satılır. Bunun əsas səbəbi isə onlara təyin edilmiş yüksək qiymət göstəriciləridir. Beləliklə ölkə ərazisində smartfonların istehsalı isə onların qiymətlərinin bir qədər aşağı salınmasına imkan verəcək. Hindistanda istehsal olunacaq iPhone XR modelləri artıq gələn aydan etibarən yerli bazarda satışa çıxa bilər. Hindistanda istehsal ediləcək iPhone modellərinin digər ölkələrdə satılıb-satılmayacağı barəsində bir məlumat yoxdur.

Mənbə technote.az


Digər xəbərlər


Daxili İşlər Nazirliyi vakansiyalar elan etdi

2019-cu il dekabr ayının 27-də saat 08.30-da, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Abşeron, S...

Prezident Şamaxıda zəlzələdən ziyan çəkmiş evlərin yenidən bərpası ilə tanış olub - Foto

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 ...

Nəcibliyi və peşəkarlığı birləşdirən dəyər: birİNCİ XANIM

Psixoanaliz elminin banisi, Avstriya psixoloqu Ziqmund Freyd deyirdi ki, uğurlu rəhbər ənənəvi qaydalardan kənara çıxmağı bacaran, vəzifənin onu yox,...

İlham Əliyev Şamaxıya səfər edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfərə gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri He...