02.07.2019

Apple şirkəti texniki problemlər səbəbilə MacBook Air seriyasını geri çağırır

Apple şirkətinin alışma təhlükəsi səbəbilə MacBook Pro modellərini geri çağırdığı bir vaxtda şirkətin digər məhsulu da nasazlıqlara sahib cihazlar siyahısına daxil edilib. Belə ki, internetdə MacBook Air modelinin nasazlıqları barəsində məlumatlar ortaya çıxıb. Bu barədə Patentlyapple saytına istinadən 4pda saytı xəbər verib. Bu dəfə təhlükə riski altına 2018-ci il buraxılışı olan 13 düym-lük MacBook Air modelləri düşüblər.

Məlumata əsasən bu seriyanın bəzi modelləri ana plata nasazlığı ilə birlikdə satışa çıxarılıblar. Məlumatda qeyd olunub ki, söhbət, çox az sayda cihazdan gedir. Sözügedən nasazlığa sahib MacBook Air alıcıları bu mövzu barədə xəbərdar ediləcəklər və onlara rəsmi Apple servis xidmətlərində pulsuz təmir təqdim ediləcək. Maraqlısı ondadır ki, şirkətin rəsmi saytında bu mövzu ilə bağlı heç bir məlumat verilməyib.

 Çox güman ki, bu, az sayda cihazın problemli olması ilə bağlıdır. Sözügedən noutbuk modellərinin geri çağırılmasının dəqiq səbəbi də bilinmir. İnternetdə MacBook Air modellərinin enerji məsələsi barəsində şikayətləri tapmaq olar. İstifadəçilər əsasən ondan şikayətlənirlər ki, onların aldıqları MacBook modelləri sadəcə olaraq işə düşməyiblər. Bu problem ilə qarşılaşmış bütün alıcılara şirkət noutbuk alışından sonra 4 il ərzində pulsuz təmir xidmətini təklif edəcək.

Mənbə technote.az


Digər xəbərlər


Beynəlxalq Bankdan "oğurlanan" 1 milyarda yaxın pulun izi harada itirilib? - FAKTLAR

Tanınmış vəkil Adil İsmayılov «Beynəlxalq Bank işi» ilə bağlı növbəti sensasion yazısını yazıb.  Qaynarinfo həmin yazını təqdim edir: ...

Yeni "Samsung Galaxy Note 10" smartfonu artıq satışda

«Samsung Electronics» avqustun 23-də yeni flaqman smartfonu «Galaxy Note 10″u 70 ölkədə satmağa başlayıb. TASS-a istinadən xə...

Huawei ABŞ sanksiyalarına qarşı bu cür silahlanır - Mühəndislərdən ibarət xüsusi komandalar yaradır

ABŞ sanksiyalarının yenidən təxirə salınmasına baxmayaraq Huawei şirkətinn yaradıcısı Ren Zhengfei şirkət əməkdaşlarını yeni layh...

Azərbaycanda yeni fabrik tikilir - Foto

Xalça istehsalı kompleks istehsal sahəsidir. Bu sahənin inkişafını  Yunəyirici-Boyaq Fabriki olmadan təsəvvür etmək mümkün deyil. Xalça isteh...