19.07.2019

Azərbaycan futbolu tarixində yeni rekord — 6:0 hesablı qələbə

“Neftçi” komandası Azərbaycanın futbol tarixinə düşüb.

“Ağ-qaralar” ölkəmizə 1994-cü ildən çıxış etdiyi avrokuboklarda ən böyük hesablı qələbəsini qazandırıb.
Bu tarix paytaxt təmsilçisinin iyulun 18-də “Bakcell Arena”da Moldovanın «Speranta» komandasına 6:0 hesabı ilə qalib gəlməsi ilə yazılıb. Rekord gətirən son qola flaqmanın 18 yaşlı futbolçusu İsmayıl Zülfüqarlı imza atıb.
Xatırladaq ki, indiyədək ən böyük hesablı nəticələr «İnter» və «Qarabağ»ın 5:0 hesablı qalibiyyətləri olub.
Əvvəlki illərdə «İnter” UEFA Avropa Liqasında Estoniyanın “Trans” klubunu səfərdə 5:0 hesabı ilə, Ağdam təmsilçisi Çempionlar Liqasının ev oyununda Gürcüstan təmsilçisi “Samtredia”nı eyni hesabla məğlub edib. İlk oyunda 3:0 hesabı ilə qalib gələn “Neftçi” doğma meydanda rəqib qapısına 6 qol vuraraq iki matçın cəmində doqquz top üstünlüyü ilə qələbə qazanıb. Bu da Azərbaycan futbolu tarixində daha bir rekorddur.

Mənbə AZƏRTAC


Digər xəbərlər


Bazar gününə hava proqnozu

Yanvarın 26-na gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentin...

Prezident İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbayca...

Koronavirus sürətlə dünyaya yayılır

Çində artıq 40-dan çox insanın ölümünə səbəb olan koronavirus sürətlə dünyanın fərqli qitələrinə yayılır. Gülüstan.info xəbər verir ki, Avstraliy...

Bakıda sərnişin avtobusu qəzaya uğradı

Bakı Nəqliyyat Agentliyi Maştağada marşrut avtobusunun qəzaya uğraması barədə məlumat yayıb. Agentlikdən verilən məlumata görə, bu gün səhər saat ...