19.07.2019

Azərbaycana ayrılmış 100 milyon dollar həcmində hərbi yardım erməniləri təşvişə salıb

Ermənistanda ABŞ-ın Azərbaycana 100 milyon dollar həcmində hərbi yardım etməsi ilə bağlı yayılan məlumatlardan narahatlıq keçirirlər.

Cənubi Qafqaz məsələləri üzrə erməni ekspert Emil Sanamyan ABŞ-ın Cənubi Kaliforniya universitetinin erməni elmi insitutunun saytında məqalə dərc edərək, ABŞ tərəfindən təhlükəsizlik məqsədilə Azərbaycana ayrılan 100 milyon dollar maliyyə yardımı haqqında danışıb. 

Sanamyan, 2018-2019 maliyyə ilində Azərbaycana ayrılan bu yardımın, həmçinin Ermənistana ayrılan yardımın azaldılmasının Suriyaya göndərilən hərbi heyətin fəaliyyəti ilə bağlı ola biləcəyini qeyd edir. 

Suriyada erməni hərbi heyətinin Rusiya himayəsi altında fəaliyyət göstərməsi ABŞ-ın bu qərarına təsir etmiş ola bilər. Donald Tramp administrasiyası təhlükəsizliyə yardım məqsədi ilə nəzərəçarpacaq dərəcədə Azərbaycana ayrılan yardımı artıb. 2018-2019-cu maliyyə ili ərzində Azərbaycana edilən yardımın həcmi 100 milyon dollardan artıq olub. Bu barədə məlumat Vaşinqtonda yerləşən Beynəlxalq Siyasət Mərkəzinin Təhlükəsizliyə Yardım Tətqiqatlar Mərkəzinin tərtib etdiyi büdcə informasiyalarından əldə edilib. 

Məlumata görə, ABŞ-ın yardımına baxmayaraq, bu, İrana qarşı təzyiq strategiyasının bir hissəsidir və hələki Azərbaycan İran sərhəddində cəmləşir. Bunun Ermənistana birbaşa təsiri var. O qeyd edir ki, ABŞ Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən “tərəfdaşların imkanlarının möhkəmləndirilməsi” proqramının 333-cü maddəsinə əsasən Azərbaycan 2018-ci maliyyə ilində 58,6 milyon dollar yardım alacaq. Eyni zamanda 2019-cu maliyyə ilində bu yardımın 42,9 milyon dollar təşkil edəcəyi vurğulanır. 

“Müqayisə üçün qeyd edək ki, 2016-2017-ci illər ərzində ABŞ-ın Azərbaycana hərbi yardımı illik 3 milyon dollardan artıq olmayıb. 2018-ci il aprelin 27-də ABŞ Müdafiə Nazirliyi konqresə məlumat verərək bildirib ki, Cənub sərhədlərinin təhlükəsizliyi rabitə, enerji, tikinti, dəniz avadanlıqları və nəqliyyat vasitələri üçün Azərbaycana 47,5 milyon dollar ayırır. Eyni zamanda vurğulanır ki, Xəzər dənizinin təhlükəsizliyi rabitə, enerji, tikinti, dəniz avadanlıqları və nəqliyyat vasitələrinin əldə edilməsi üçün 11,5 milyon dollar və insan haqqlarının təlimləri məqsədi ilə 80 min dollar vəsait ayrılır. 

Ermənistanla müqayisədə, ABŞ-ın Azərbaycana daha böyük hərbi yardım etməsinə baxmayaraq, keçən il Ermənistanda baş verən inqilabdan sonra bu yardım daha da çoxalıb. Təhlükəsizlik yardımı mərkəzinin məlumatlarına əsasən 2018-ci ildə Ermənistan 4,2 milyon dollar yardım alıb. 2019-cu ildə bu yardımın həcmi 2,8 milyon dollar, 2020-ci ildə 2,1 milyon dollar olması nəzərdə tutulur”, — deyə məlumatda qeyd olunur. 

Bildirilir ki, bu məsələnin Ermənistanın Suriyaya hərbi heyət göndərməsi ilə bağlı olub-olmaması hələki məlum deyil. 

“Azərbaycanın sərhəd təhlükəsizliyi üçün keçən il ABŞ-ın etdiyi yardımların artması ilə yanaşı, Azərbaycan Sərhəd Xidmətinin büdcəsi 2018-ci ildə 90 milyondan, artaraq 2019-cu ildə 116 milyon dollar təşkil edib”, — deyə məqalədə qeyd olunur. 

Qeyd edək ki, Vaşinqton postsovet məkanında adambaşına düşən ən böyük miqdarda — 2 milyard dollar dəyərindən də çox yardımı fərqli humanitar və texniki yardım proqramları vasitəsilə Ermənistana ötürülüb. 

Paşinyan hakimiyyətə gəldikdən sonra Birləşmiş Ştatlar davamlı olaraq Ermənistana maliyyə yardımının həcmini artırmaq niyyətində olduğunu bəyan edir. ABŞ-ın Ermənistandakı səfiri Richard Mills 2019-cu ildə Dövlət Departamentinin Ermənistana təxminən 26 milyon dollar ayıracağını bildirib. Bu isə keçən ilkindən təxminən 20 milyon dollar daha çoxdur. Ermənistan bunadan əlavə 14 milyon dolları artıq əldə edib. 

Ötən aylarda yayılan məlumatlara görə isə ABŞ Konqresinin Nümayəndələr palatası artıq Ermənistana əlavə 40 milyon dollar yardım göstərilməsi təşəbbüsünü təsdiq edib. Daha bir məlumatda isə Azərbaycanın işğal altında olan ərazilərində minadan təmizləmə layihəsi və bərpa xidmətləri üçün 1,5 milyon dollar yardım ayrıldığı göstərilir. 

Ermənistan İsraildən sonra ABŞ-dan adambaşına ən çox maliyyə yardımı alan ikinci ölkədir. Ərazisində Rusiya hərbi kontingentinin olmasına rəğmən Vaşinqtondan birbaşa yardım alan yeganə ölkə kimi tarixə düşüb. 

Mənbə ordu.az


Digər xəbərlər


Daxili İşlər Nazirliyi vakansiyalar elan etdi

2019-cu il dekabr ayının 27-də saat 08.30-da, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Abşeron, S...

Prezident Şamaxıda zəlzələdən ziyan çəkmiş evlərin yenidən bərpası ilə tanış olub - Foto

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 ...

Nəcibliyi və peşəkarlığı birləşdirən dəyər: birİNCİ XANIM

Psixoanaliz elminin banisi, Avstriya psixoloqu Ziqmund Freyd deyirdi ki, uğurlu rəhbər ənənəvi qaydalardan kənara çıxmağı bacaran, vəzifənin onu yox,...

İlham Əliyev Şamaxıya səfər edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfərə gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri He...