03.07.2019

Azərbaycanda ev muzeyindən xalça oğrulandı

Azərbaycanın Xalq rəssamı, professor Kamil Əliyevin ev muzeyindən oğurluq olub. 

Hadisə məşhur xalçaçı rəssamın İçərişəhərdə yerləşən ev müzeyində baş verib. 

K.Əliyevin ailəsinin mülkiyyətində olan xalçalardan biri oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Kamil Əliyev 1921-ci il oktyabrın 22-də İrəvan şəhərində anadan olub. O, Bakı Rəssamlıq Məktəbini bitirib. K.Əliyev 1930-cu illərdə tələbə olarkən «Azərxalça» Birliyində Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışıb.

O, Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən fil sümüyündən, qızıldan, gümüşdən onlarla orijinal əntiq əşyanın, gümüş dolça, çaydan, armudu stəkan dəstlərinin bədii tərtibatçısı, rəssam — müəllifi kimi özünü təsdiqləyib. Bədii sənət üzrə fəxri fərmanın və respublikanın tətbiqi incəsənət ustası adının (1960) ilk sahibi olub. 

K.Əliyev 2005-ci ildə vəfat edib. 

Mənbə report.az


Digər xəbərlər


ABŞ-da da vəziyyət qarışdı - Yüzlərlə insan Ağ Evin qarşısında İranla müharibə əleyhinə aksiya keçirib - VİDEO

ABŞ-da yüzlərlə insan Ağ Evin qarşısında toplaşaraq İranla müharibə, habelə Birləşmiş Ştatların Yaxın Şərq siyasəti əleyhinə etiraz aksiyası keçirib....

“Sobsan boyaları” cərimələnib

Bakı Apellyasiya Məhkəməsində «Rəmzi-S» MMC-nin (Sobsan boyaları) cərimə edilməsi ilə bağlı məhkəmə qərarından şirkətin direktoru Orxan All...

Şərəfsiz ermənilər Azərbaycanlıların Soyqırımı günü Qarabağda “prezident seçki”ləri keçirəcək...

Bu həm də on illərdir Azərbaycanda oturub bu xalqa qarşı mənəvi-ruhi, iqtisadi-sosial soyqırımları davam etdirən ermənipərəst şəbəkənin əməllərinin n...

Təcili! YAP deputatlığa namizədlər siyahısını açıqlayır

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilir. İclasda 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə...