30.07.2019

Azərbaycandakı bir neçə tarixi abidə son nəfəsini yaşayır

Zaqatala qalası da hal-hazırda uçuq vəziyyətdədir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları Şəki, Zaqatala və Qax şəhərlərində memarlıq abidələrinə baxış keçirərək, onların hazırkı vəziyyətini yoxlayıblar. Mütəxəssislər belə qənaətə gəliblər ki, Zaqatala və Qax şəhərindəki abidələrin bərpaya ehtiyacı var.

Sputnik Azərbaycan bərpaya ehtiyacı olanların hansı abidələr olduğunu araşdırıb.

Saytımıza bu barədə açıqlama verən Memarlıq və İncəsənət İnstitutunun Memarlıq Abidələrinin Qorunması və Bərpası Problemləri şöbəsinin müdiri Rahibə Əliyeva bildirib ki, iyulun 13-14-də Şəki, Qax, Zaqatala bölgələrində tarixi abidələrə baxış keçirilib. Onun sözlərinə görə, Şəkidə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şəki Xan Sarayında abidənin vəziyyəti yaxşı qiymətləndirilib. Amma R. Əliyeva Zaqatala və Qax şəhərlərində bəzi abidələrin vəziyyətinin bərbad olduğunu, təcili bərpasına ehtiyac duyulduğunu deyib: “Biz Zaqatalanın mərkəzindəki Rus Pravoslav Kilsəsində olduq. 19-20 əsrin əvvəllərində inşa olunan bu kilsənin vəziyyəti yaxşı halda deyil. Bərpasına ehtiyac var. Abidə bərpa olunmalıdır. Onun divarlarının, sütunlarının qalınlığı, memarlıq kompozisiyası, plan quruluşu alban məbədini xatırladır. Bu da onu təsdiq edir ki, abidə alban kilsəsidir. Bu kilsəni ermənilər öz adlarına çıxarsalar da, abidə onlara aid deyil. Kilsə albanlara aiddir. Sonradan ondan ruslar istifadə edib”.

R. Əliyeva deyir ki, kilsələrdən bu gün istifadə edilməsə də, onların funksiyasını dəyişməklə muzey kimi istifadə edərək turist cəlb etmək olar: “Düşünürəm ki, tarixi abidə varsa, mütləq bərpa olunmalıdır. Çünki, bu bizim tariximizdir”. 

Şöbə müdiri bildirib ki, Zaqatala qalası da hazırda uçuq vəziyyətdədir. Onun sözlərinə görə, Zaqatala da qoruq ərazisi elan olunub: “Ruslar 19-cu əsrdə bu qalada özlərinin hərbi qüvvələrini yerləşdiriblər. Sovet dövründə sərhəd qarnizonu da orada yerləşib. Bu qala bu gün ucuq vəziyyətdədir. O qalanın içində tikililər var. Orada kəhriz sistemi ilə ovdanlar var ki, vəziyyəti çox acınacaqlı durumdadır. Hansı ki, həmin dövrdə suyun həmin ovdanlara yığılaraq istifadə edildiyindən xəbər verir. Belə ovdanlar Abşeron rayonu ərazisində də olub. Bakının bir çox kəndlərində də belə ovdanlara rast gəlinir. Amma rayonlarda qeydə alınan ovdanlar kəhriz sisteminə əsaslanan ovdanlardır. Dağlardan kəhriz sistemi ilə axan sular ovdanlara yığılaraq o sudan istifadə edilib. Bunlar tarixi abidələr olduğundan qorunması vacibdir”.

R. Əliyevanın sözlərinə görə, Zaqatalada Car kəndikdə Çingizqala adlı bir qala-ev mövcuddur. O, qalanın da tarixi abidə kimi təcili olaraq qorunmasına ehtiyac var: “Ümumiyyətlə, qala evlər bu bölgəyə xasdır. Çox gözəl qaladır. Tikiləndən hələ bir dəfə də olsun bərpa olunmayıb. Bu qala hazırda şəxsi həyətə salınıb. Köhnə şəkillərdən görünür ki, qala 6-7 mərtəbəli bina olub. Uçub töküldüyündən bu qalanın hazırda 3 mərtəbəsi qalıb. Abidələr günü-gündən uçulur. Ona görə də, bərpa işləri aparılmalıdır”.

Həmsöhbətimiz bildirib ki, İlisunun Came məscidində, sultanların türbələrində, Ulu körpüyə və bir sıra yaşayış binalarına da şöbənin əməkdaşları ilə birgə baxış keçiriblər. O, sadalanan tarixi abidələrdə, ümumiyyətlə İlisu Qoruğu  ərazisində bərpa-abadlıq işlərinin aparılmalı olduğunu söyləyib: “Ulu körpünün durumu ağırdır. İlisuda qoruq ərazisində elə evlər var ki, tarixi abidələr siyahısına daxil olmayıb. Bu zona mədəni və istirahət turizmi üçün çox əlverişlidir. Tarixi abidələrimizi qorumalıyıq ki, turistlərə onları təqdim edə bilək”.

R. Əliyeva bildirib ki, tarixi abidələrə son baxışdan sonra onların bərpası üçün Mədəniyyət Nazirliyinə heç bir müraciət olunmayıb: “Nazirliyə hələ ki müraciət olmayıb. Mədəniyyət Nazirliyi tarixi abidələrin hansının bərpaya ehtiyacı olduğu barədə məlumatlıdır. Nazirlik tarixi abidələrin hansının dağıldığını, bərpasına ehtiyac olduğunu çox yaxşı bilir”.

Mənbə sputnik.az


Digər xəbərlər


Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib (Foto)

Oktyabrın 15-də Nizami Kino Mərkəzində Rusiyanın görkəmli şairi, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Andrey Dementiyevin xatirəsinə hə...

Dünyaca məşhur əsər oğurlandı - Film kimi oğurluq (video)

Eksponat molbertə bərkidilmiş olsa da, bilinməyən səbəblərə görə qıfılı olmayıb. Ümumilikdə oğurluq prosesi 2 dəqiqəyə yaxın çəkib San-Fransisko q...

Əfqanıstan məhsulları sərgisi Bakıda

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycanın İqtisadiyyat, Əfqanıstanın Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyal...

Şəki yenə də heyrətləndirdi - Antik dövrə aid abidələr aşkarlanıb - FOTO

Şəkinin Fazıl kəndində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar tərəfindən qazıntılar aparılır. Qazıntı işləri Təpə Başı adlanan ərazidə, AMEA-nın...