10.07.2019

Azərbaycandan Ukraynaya ixrac edilən neftin həcmi aşağı düşüb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Ukraynaya 159,99 mln. ABŞ dolları dəyərində xam neft ixrac edib.

Ukrayna mətbuatına istinadən verilən məlumata görə, bu, Ukraynanın bu ilin 6 ayı ərzində idxal etdiyi neftin 96,83%-nə bərabərdir.

Bu ilin ilk yarım ilində Ukrayna ümumilikdə neft idxalını 2018-ci ilin analoji dövrü ilə müqayisədə 23,2% və ya 96,8 min ton azaldaraq 319,698 min tona çatdırıb. Məbləğ nisbətində Ukraynanın idxal etdiyi neftin dəyəri 165,2 mln. dolları təşkil edib ki, bu da 2018-ci ilin ilk yarım ili ilə müqayisədə 27,3% azdır.

Bu dövr ərzində Ukrayna Qazaxıstandan 2,596 mın. dollar (1,57%), Latviyadan 2,321 mln. dollar (1,4%), digər ölkələrdən isə 0,327 mln. dollar (0,2%) məbləğində neft idxal edib.

Ukraynanın əsas neft idxalçısı “Ukrtatnafta” şirkəti olub ki, onun da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycan neftinin tədarükü ilə bağlı uzunmüddətli müqaviləsi mövcuddur.

Qeyd edək ki, 2018-ci il ərzində Ukrayna ümumilikdə dəyəri 431,7 mln. dollar təşkil edən 766,6 min ton həcmində neft idxal edib. 

Mənbə report.az


Digər xəbərlər


“Mərəndi” şərab şirkəti cərimələndi

Maliyyə Bazarlarına Nəzarət Palatası “Mərəndi” MMC-ni cərimə edib. Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib. ...

“Huawei” smartfonlarının əməliyyat sistemini dəyişməyəcək

“Hongmeng” əməliyyat sistemi smartfonlar üçün nəzərdə tutulmayıb. Bunu “Huawei Technologies”in böyük vitse-prezidenti Çen Lifan bildirib. Onun ...

Gürcüstana ixrac olunan neft və neft məhsullarının həcmi 30% ....

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 97 245, 7 ton neft və neft məhsulları idxal edib. Bu barədə Gürcüstanın Milli Statistika İ...

Paytaxtda bəzi otellər satışı dayandırdı

Bakının mərkəzindəki bəzi beşulduzlu hotellər iyulun sonu-avqustun əvvəli üçün olan dövr üzrə otaq nömrələrinin satışını dayandırıb. Azərbaycan Tu...