17.07.2019

«AZAL»a məxsus təyyarə uçuşda ikən quş ilə toqquşub

Təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur

Bu gün səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən «Azərbaycan Hava Yolları»na məxsus «Airbus 320» təyyarəsi quş ilə toqquşub.

Bu barədə qurumun «Facebook» səhifəsində qeyd olunub.

Bildirilib ki, bu hadisə texniki göstəricilərə təsir etmədiyinə görə hava gəmisinin kapitanı uçuşu davam etdirmək qərarı alıb və uçuş ştat rejimində keçib.

Təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur.

Mənbə sputnik.az


Digər xəbərlər


Dünya universitetlərinin reytinqi bəlli oldu

Ötən həftə, avqustun 16-da Şanxay Reytinq Konsultasiya şirkəti “Dünya Universitetlərinin 2019-cu il üçün Akademik Reytinqi”ni açıqlayıb. 2003-cü ildə...

Neftçilər metrosu ətrafındakı tıxac nə zaman bitəcək?

Vaqif Əsədov: “Sürücülər yol hərəkətində şəxsi mənafelərini üstün tutmamalıdırlar. Yol hərəkəti iştirakçıları öz məsuliyyətlərini dərk etmək istəmirl...

Metropoliten xəttə əlavə 4 qatar buraxacaq

Sentyabrın 16-da ölkədə yeni tədris ilinin başlaması ilə bağlı «Bakı Metropoliteni» QSC yeni iş qrafikinə keçir. Bu barədə Trend-ə açıql...

Quba və Şabranda yanğın hələ də davam edir (Foto + Video)

Şabran və Quba rayonları sərhədindəki kolluq ərazilərdə başlayan yanğın davam edir. Yanğının söndürülməsi üçün cəlb olunan Fövqaladə Hallar Nazirl...