19.07.2019

Bakı Bulvarında ilanların olduğu doğrudur?

Bakı Bulvar İdarəsi bulvar ərazisində ilanların olması ilə bağlı məsələyə aydınlıq gətirib. 

İdarənin mətbuatı xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib ki, bulvar ərazisində ilanların olması xəbəri düz deyil.Onun sözlərinə görə, videogörüntüdə deyildiyi kimi kütləvi ilanlar yoxdur. 

“İdarənin Səhiyyə Nazirliyi ilə müqaviləsi var. Mütəmadi olaraq ziyanverici həşəratlara və ilanlara qarşı dərmanlama aparılır. Axırıncı dəfə bu proses iyun ayında icra edilib”, — o əlavə edib. 

G.Yelmarqızı qeyd edib ki, bulvar ərazisində ilanların olması ilə bağlı idarəyə nə vətəndaşlar, nə də əməkdaşlar tərəfindən məlumat daxil olub. 

Qeyd edək ki, sosial şəbəkədə bulvar ərazisində ilanın olması ilə bağlı görüntü paylaşılıb.

Mənbə azvision.az


Digər xəbərlər


Bazar gününə hava proqnozu

Yanvarın 26-na gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentin...

Prezident İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbayca...

Koronavirus sürətlə dünyaya yayılır

Çində artıq 40-dan çox insanın ölümünə səbəb olan koronavirus sürətlə dünyanın fərqli qitələrinə yayılır. Gülüstan.info xəbər verir ki, Avstraliy...

Bakıda sərnişin avtobusu qəzaya uğradı

Bakı Nəqliyyat Agentliyi Maştağada marşrut avtobusunun qəzaya uğraması barədə məlumat yayıb. Agentlikdən verilən məlumata görə, bu gün səhər saat ...