13.07.2019

Bakı metrosundakı qəribə səs insanların qorxu içində özlərini qatardan atmalarına səbəb olub

Bakı metrosunda qəribə səs vaqondakı bir neçə sərnişində qorxu yaradıb

Bu gün saat 10 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında  tunelə daxil olan qatarda vaqonların birində həyəcanlı anlar yaşanıb. 

Qapılar açılar-açılmaz vaqondan hövlnak düşən sərnişinin verdiyi məlumata görə onunla üzbəüz olan oturacaqdan qəribə səs gəlib. 

Məsələyə aydınlıq gətirmək, hadisənin hansı səbəbdən baş verdiyini öyrənmək üçün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədovla əlaqə saxladıq. B.Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında faktı təsdiqləyərək son vəziyyəti açıqladı: “09:47-də metronun “Elmlər Akademiyası” stansiyasında belə bir hadisə baş verib. Qatarın havalandırma sisteminin səsində xışıltı olub. Həmin səs bir neçə nəfərdə qorxu yaradıb”.

“Lakin mənə bildirilib ki, hazırda həmin qatarın hərəkətində hansısa problem, texniki nasazlıq yoxdur. Həmin qatar xətdədir”, — deyə mətbuat katibi əlavə edib.

Mənbə sputnik.az


Digər xəbərlər


Bakı Bulvarında ilanların olduğu doğrudur?

Bakı Bulvar İdarəsi bulvar ərazisində ilanların olması ilə bağlı məsələyə aydınlıq gətirib.  İdarənin mətbuatı xidmətinin rəhbəri Günay Yelma...

270 tibb işçisi Festival günlərində yarışlar zamanı növbə çəkəcəklər

Səhiyyə Nazirinin müvafiq əmrinə əsasən 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə, müəyyən olunmuş yerlərdə 41 Təcili Tibbi Yar...

Jurnalistlər üçün pulsuz müayinə keçiriləcək

Milli Mətbuatın 144-cü ildönümü ilə bağlı Apifioterapiya Mərkəzi ilə Parlament Jurnalistlər Birliyi birgə layihə həyata keçirəcək. Bu barədə Apifiote...

Azərbaycan futbolu tarixində yeni rekord - 6:0 hesablı qələbə

“Neftçi” komandası Azərbaycanın futbol tarixinə düşüb. “Ağ-qaralar” ölkəmizə 1994-cü ildən çıxış etdiyi avrokuboklarda ən böyük hesablı qələbəsini...