11.07.2019

Bakı Şəhər İcra Hakimiyyəti köşklər və iaşə obyektləri ilə bağlı işə başladı

Paytaxtımız Bakı şəhərinin daha da gözəlləşməsi, buradakı parklar, bağlar, istirahət yerlərində sakinlərimiz və şəhərimizin çoxsaylı qonaqları üçün lazımi şəraitin yaradılması, şəhərin estetik gözəlliyinin artırılması və mövcud olan ictimai iaşə obyektləri, köşklər, ticarət və digər mərkəzlərdə lazımi səliqə-sahmanın yaradılması, ərazidə sanitar-gigiyenik normalara riayət olunması üçün Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən müvafiq işlər həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildiriblər ki, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən rayonların ərazilərində yerləşən köşklər, ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri yuyulub, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılıb, obyektlərin ətrafı dezinfeksiya olunub. Obyektlərin estetik cəhətdən yenilənməsi, müasirləşdirilməsi, sakinlərimizin zövqünü oxşaması üçün tədbirlər görülür.

Eyni zamanda, paytaxtdakı yaşıllıqların qorunması, onlara xidmət göstərilməsi məqsədilə Bakı şəhərinin rayonlarında mütəmadi olaraq iməciliklər keçirilir, əkilən ağac, kol və güllərə qulluq göstərilir, yol kənarları quru otlardan təmizlənir, yeni-yeni yaşıllıq zonaları yaradılır. Bu istiqamətdə aparılan işlər davam etdirilir.

Mənbə azertag.az


Digər xəbərlər


DSX əməkdaşı bıçaqlandı

Sentyabrın 20-si saat 21:05 radələrində Dövlət Sərhəd Xidmə­tinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazi­sin­də Cəlilabad-Yard...

Adı çəkilən ünvanlardakı yeni binaların mənzilləri "kupça" ilə təmin ediləcək - TARİXLƏR

«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı «Bəzi çoxmənzilli binaların istismarına icazə v...

Karxanada yanğın - Bir nəfər işçi dünyasını dəyişdi

Bakıda daş karxanasında yanğın olub. Hadisə paytaxtın Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən «Korgöz» daş karxanasında baş verib. ...

Danimarkada maraqlı hadisə - Sirk fillərini “pensiyaya göndəriblər”

Danimarkada sirk fillərini “pensiyaya göndəriblər”. Danimarka KİV-lərinə istinadla xəbər verilir ki, Krallıq 11 milyon kron (1,6 milyon dollardan ...