12.07.2019

Bakıda bankomatlar yararsız hala düşdü — Polis araşdırmaya başladı

Bakıda iki bankomat yararsız vəziyyətə düşüb. Binəqədi rayon Biləcəri qəsəbəsində yerləşən, «Beynəlxalq Bank»a və «Kapital Bank»a məxsus bankomatların yanaraq yararsız hala düşdüyü ehtimal olunur.

«Azərbaycan Beynəlxalq Bank»ın mətbuat xidməti rəhbəri Yadigar Cəfərov açıqlamasında bildirib ki, banka bu barədə məlumat daxil olan kimi müştərilərin bankomat xidmətlərindən istifadəsi ilə bağlı çətinliklər yaranmaması üçün qısa müddət ərzində həmin ərazinin yaxınlığında yeni bankomat quraşdırılıb.

O, həmçinin, qeyd edib ki, hazırda müvafiq qurumlar hadisənin səbəblərini araşdırır. 

“Kapital Bank”ın mətbuat xidmətindən də deyilib ki, faktla bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub: “Hazırda araşdırma aparıldığı üçün bankomatı hələlik yenisi ilə əvəz edə bilmirik. Yaxın günlərdə araşdırma yekunlaşandan sonra ərazidə yeni bankomat müştərilərin xidmətində olacaq”.

Hər iki bankdan bankomatlardan oğurluq edilmədiyi də bildirilib. 
Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsindən isə deyiblər ki, hazırda faktla bağlı araşdırma aparılır. (apa)

Mənbə moderator.az


Digər xəbərlər


Küləkli hava nə vaxta kimi davam edəcək? - Rəsmi açıqlama

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Depa...

Yeni kanal yaradıldı

Azərbaycanda “Kanal 5” adlı yeni internet televiziya yaradılıb. «Kanal5″dən verilən məlumata görə, maraqlı verilişlər, reportajlar, müz...

Günəşin ətrafında UNO göründü - Video

NASA teleskopları günəşin yanında uçan UNO qeydə alıb.“Utro.ru” xəbər verir ki, sözügedən UNO planetimiz böyüklükdə olub.Naməlum obyekt günəşin yaxın...

Erməni kilsəsi Aysor kilsəsini ələ keçirir

Erməni kilsəsinin tarixi ilə az-çox maraqlanan insanlar bilir ki, Erməni kilsəsi tarix boyu ekspansionist siyasət yeridib. Bu gün də bu siyasət davam...