12.07.2019

“Bandotdel”ə yeni rəis təyin edildi

Daxili İşlər naziri Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin edib.

Nazirin əmri ilə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev vəzifəsindən azad edilərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, “Bandotdel”in bundan öncəki rəisi Seyfulla Əzimov nazirin birinci müavini təyin edilib.

Xatırladaq ki, polkovnik Ə.Rzayev Nəsimidən əvvəl Şəki və Sabunçu rayon Polis İdarələrinin rəisi işləyib. O, eyni zamanda, BDU-nun «Konstitusiya hüququ kafedrası»nın müəllimidir.

Mənbə qafqazinfo.az


Digər xəbərlər


Küləkli hava nə vaxta kimi davam edəcək? - Rəsmi açıqlama

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Depa...

Yeni kanal yaradıldı

Azərbaycanda “Kanal 5” adlı yeni internet televiziya yaradılıb. «Kanal5″dən verilən məlumata görə, maraqlı verilişlər, reportajlar, müz...

Günəşin ətrafında UNO göründü - Video

NASA teleskopları günəşin yanında uçan UNO qeydə alıb.“Utro.ru” xəbər verir ki, sözügedən UNO planetimiz böyüklükdə olub.Naməlum obyekt günəşin yaxın...

Erməni kilsəsi Aysor kilsəsini ələ keçirir

Erməni kilsəsinin tarixi ilə az-çox maraqlanan insanlar bilir ki, Erməni kilsəsi tarix boyu ekspansionist siyasət yeridib. Bu gün də bu siyasət davam...