13.07.2019

Britaniya və İran arasında gərginlik artır

Böyük Britaniyanın Müdafiə Nazirliyi məsələni şərh etmir

Böyük Britaniya hökuməti Hörmüz boğazına ikinci gəmini göndərməyə dair qərar qəbul edib. Bu barədə «Sky News«-a istinadən xəbər verilir.

Qərara əsasən, «HMS Duncan» tipli hərbi gəmi Körfəzə yaxın günlərdə Qara Dənizdə NATO təlimlərində iştirakını bitirdikdən sonra yan alacaq.

Hələlik Böyük Britaniyanın Müdafiə Nazirliyi məsələni şərh etmir.

Qeyd edək ki, bu, Böyük Britaniyanın Hörmüz boğazında «Montrose» gəmisindən sonra ikinci gəmisi olacaq.

Xatırladaq ki, ötən həftə İrana aid bir neft tankerinin Böyük Britaniyanın nəzarətində olan Cəbəlüttariq sahillərində saxlanılmasından sonra London və Tehran arasında gərginlik artıb.

Daha sonra Böyük Britaniya Müdafiə Nazirliyi Hörmüz boğazında İrana aid gəmilərin bir Britaniya gəmisini saxlamağa çalışdığını bildirmişdi. İran tərəfi bu məlumatı təkzib etsə də, Cəbəlüttariq sahillərində saxlanılan tankerin geri verilməyəcəyi təqdirdə Hörmüz boğazının Britaniya gəmiləri üçün təhlükəsiz olmayacağına dair açıqlamalar yaymışdı.

Mənbə sputnik.az


Digər xəbərlər


Erməni qatil Qarabağla bağlı etiraf etdi - Video

Qondarma Qarabağ rejiminin “təhlükəsizlik şurası”nın keçmiş rəhbəri Vitali Balasanyan azərbaycanlılara qarşı milli zəmində cinayət törətməsini etira...

Ərdoğan sanksiyalara meydan oxudu

Suriyadakı antiterror əməliyyatına görə Türkiyəyə qarşı sanksiya tətbiq etmək niyyətində olan ölkələr bilməlidir ki, Ankaranı bununla qorxutmaq mümkü...

Ərdoğan “Barış pınarı”nı bitirmək üçün şərt qoydu

“Fransa Prezidenti Emmanuel Makrona Ruanda, Əlcəzairdə törədkikləri qətlimaları xatırladaraq dedim ki, yüz minlərlə insanı siz qətl edibsiniz: “Güzgü...

ABŞ-dan İrana hücum!

ABŞ İrana qarşı sentyabrın sonunda gizli kiberəməliyyat həyata keçirib. Bu məlumatı “Röyter” agentliyi yayıb. Məlumata görə, hücum Səudiyyə Ərəbis...