05.07.2019

Britaniyalı müğənni İranda saxlanılaraq deportasiya edilib

İranın Kiş adasına səfər edən Böyük Britaniyanın qadın müğənnisi Joss Stone hava limanında bir gün saxlanıldıqdan sonra ölkədən deportasiya edilib.

Bu barədə, qadın müğənni özünün “İnstagram” səhifəsində iyulun 3-də məlumat yayıb.

O bildirib ki, dünya turu proqramının davamında İranın Kiş adasına səfər etsə də, hava limanının mühafizə qüvvələri tərəfindən saxlanılıb: “Mənim İranda konsert vermək niyyətim olmayıb. Əvvəlcədən bilirdim ki, İranda qadınların konsert verməsi qadağandır və qeyri-qanuni sayılır. Mənim səfər etdiyim ölkələrin siyasətini dəyişmək fikrim də yoxdur. Bunu Kiş adasının hava limanındakı təhlükəsizlik əməkdaşlarına da dedim və onları başa salmağa çalışdım. Lakin onlar mənim İranda konsert verməyəcəyimlə bağlı dediklərimə inanmadılar və məni bir gecə həbsdə saxladıqdan sonra ölkədən deprtasiya etdilər. Mən İranda zindana düşmək və ya başqalarının həyatını təhlükəyə salmaq istəmirəm” –deyə Joss Stone əlavə edib.

Qeyd edək ki, 31 yaşlı Joss Stone son illər dünyanın 175 ölkəsinə səfər edərək konsert verib. , həmçinin cari ilin aprel ayının əvvəllərində Şimali Koreya səfər edərək paytaxt Pxenyanda kiçik bir konsert verib.

Mənbə Gunaz.tv


Digər xəbərlər


Niyə görə tarixi məkanlarda şəkil çəkməyə icazə verilmir?

Son bir neçə ildə Azərbaycana gələn turistlərin sayı xeyli artıb. Onlar paytaxt Bakı və digər şəhərlərdə tarixi məkanlara səyahət etməyə, tarixi abid...

Bakıda yerləşən dünyadakı ən gözəl məbədlərdən biri niyə partladıldı? - Foto

Əgər Bakıdakı Aleksandr Nevski kafedralı dağıdılmasaydı, bu gün dünyanın hər yerindən milyonlarla insan İstanbuldakı Aya Sofya məbədini deyil, məhz p...

Tarixi abidənin bərpa işlərinə start verilib

Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid “Çıraqqala” abidəsində bərpa işlərinə başlanılıb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qo...

Ermənilər yenə oğruladılar - Bu dəfə Rəşid Behbudov

Dünən – iyulun 14-də Monteneqronun Hersoqov şəhərində keçirilən beynəlxalq xalq rəqsləri və mahnıları festivalında azərbaycanlılarla ermənilərin qarş...