23.07.2019

Britaniyanın baş naziri bəlli oldu

Əsas postlara təyinatların sabah axşam saatlarında elan olunması gözlənilir

Böyük Britaniyanın Mühafizəkarlar partiyasının yeni rəhbəri ölkənin sabiq xarici işlər naziri və Londonun sabiq meri Boris Conson seçilib. Bu barədə BBC-yə istinadən xəbər verilir.

Conson çərşənbə günü, hazırkı baş nazir Tereza Mey səlahiyyətlərinin icrasını dayandırdıqdan sonra baş nazir olacaq.

Hazırkı baş nazirdən səlahiyyətlərin yeni baş nazirə keçməsinə dair rəsmi mərasim sabah baş tutacaq. Belə ki, Mey parlamentdə son dəfə olaraq parlamentarilərin suallarını cavablandıracaq. Bundan sonra kraliça II Elizabet Meyin istefasını qəbul edəcək və yeni baş nazirdən hökuməti formalaşdırmağı istəyəcək. Əsas postlara təyinatların sabah axşam saatlarında elan olunması gözlənilir.

Mənbə sputnik.az


Digər xəbərlər


Erməni qatil Qarabağla bağlı etiraf etdi - Video

Qondarma Qarabağ rejiminin “təhlükəsizlik şurası”nın keçmiş rəhbəri Vitali Balasanyan azərbaycanlılara qarşı milli zəmində cinayət törətməsini etira...

Ərdoğan sanksiyalara meydan oxudu

Suriyadakı antiterror əməliyyatına görə Türkiyəyə qarşı sanksiya tətbiq etmək niyyətində olan ölkələr bilməlidir ki, Ankaranı bununla qorxutmaq mümkü...

Ərdoğan “Barış pınarı”nı bitirmək üçün şərt qoydu

“Fransa Prezidenti Emmanuel Makrona Ruanda, Əlcəzairdə törədkikləri qətlimaları xatırladaraq dedim ki, yüz minlərlə insanı siz qətl edibsiniz: “Güzgü...

ABŞ-dan İrana hücum!

ABŞ İrana qarşı sentyabrın sonunda gizli kiberəməliyyat həyata keçirib. Bu məlumatı “Röyter” agentliyi yayıb. Məlumata görə, hücum Səudiyyə Ərəbis...