12.07.2019

Bu gün İnşaatçılar stansiyasında xəttə yeni buraxılan vaqonlar boşaldıldı — Səbəb?

On gündür sərnişinlərə xidmət edən metro qatarı xarab çıxdı.

Bu gün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində xətdə olan qatarın fəaliyyətində problem yaranıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, problem aşkarlanan qatar bu ayın əvvəlində xəttə buraxılıb:

“Bu gün səhər saat 8 radələrində «Dərnəgül» — «Həzi Aslanov» istiqamətində hərəkət edən qatar İnşaatçılar stansiyasında boşaldılıb. Buna səbəb vaqonlardan birinin qapılarının bağlanmaması olub».

«Təxminən beş dəqiqədən sonra qapılar bağlanıb və sərnişinlər elə həmin qatara mindirilib. Həmin qatar hazırda da xətdədir, heç bir problem yoxdur”, — deyə Məmmədov əlavə edib.

Mənbə sputnik.az


Digər xəbərlər


Həsən Ruhaniyə qarşı tələbələr etiraz aksiyası keçirdi - Foto

Bu gün İran prezidenti Həsən Ruhani Tehran Universitetində çıxış edən zaman tələbə həmkarlar ittifaqının bir qrup üzvü universitet binası qarşısında ...

Sabah 5 rayonda qaz olmayacaq

Oktyabrın 17-də Qaz İxrac İdarəsinin Qazpaylayıcı Stansiyalarda aparacağı yenidənqurma işləri ilə bağlı saat 08:30-dan 19:00-dək Sabirabad, Saatlı, İ...

Prezident Göyçayla bağlı sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Göyçay rayonu ərazisində Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərənc...

Gəncənin küçə və prospektlərindəki yollar yenilənir

Gəncədə icra olunan su və kanalizasiya xətlərinin yenidən qurulması layihəsinə uyğun olaraq, şəhərin qazılmış küçə və prospektlərinə asfalt örtüyünün...