05.07.2019

Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılır

Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir

İyulun 5-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılır. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyibdən məlumat verilib.

Qeyd edilib ki, transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu iyulun 20-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Mənbə sputnik.az


Digər xəbərlər


Hansı binalar mərkəzi istilik sisteminə qoşulmayıb və SƏBƏB

Noyabrın 15-dən ölkədə istilik sistemi ilə bağlı qış mövsümünə keçid başlayacaq. Bunu Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini ...

İlham Əliyev və Mehriban Əliyeva Dünya dini liderlərinin II Bakı Sammitində

Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriba...

Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarında dəyişiklik edilib

Nazirlər Kabineti “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov ...

Yeni sürücülük vəsiqəsi ilə istəsəniz də, itkin düşə bilməyəcəksiniz

Yeni sürücülük vəsiqələrinin üstünlüyü həm də ondan ibarətdir ki, itdiyi zaman onun yerini müəyyənləşdirmək mümkün olacaq. Azərbaycanda tətbiqinə ...