15.07.2019

Çernobılda növbəti təhlükə — Güclü radioaktiv maddə tapıldl

Çernobılda təhlükəli radioaktiv obyekt tapılıb

Çernobılda radiasiyaya məruz qalmış “ZİL” markalı yük maşınının qalıqları tapılıb. 

Bu barədə Çernobıl Radiasiya və Ətraf Mühit Bioloji Qoruğunun «facebook» səhifəsində məlumat yerləşdirilib.  
Qeyd olunub ki, radioaktiv obyekt insan həyatı və sağlamlığı üçün son dərəcə təhlükə yarada bilər.  

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski daha əvvəl hökumətə Çernobılda turizm potensialının inkişaf etdirilməsi üçün üç ay ərzində tədbirlər planı hazırlanmasını tapşırmışdı.
«Yeni təhlükəsiz Çernobıl bölgəsi”nin beynəlxalq turizm bazarında təşviq edilməsin nəzərdə tutan sənəddə təhlükəli zonaların dəqiqləşdirilməsi, turistlərin təhlükəsizliyi baxımından konkret marşrut sxeminin hazırlanması xüsusi olaraq öz əksini tapıb. 

Federal Neft və Radiasiya Təhlükəsizliyi Elmi-Texniki Mərkəzinin direktoru Aleksandr Xamaz isə Çernobıl AES ətrafında kütləvi turizmin yaradılması ideyasının çox riskli olduğunu bildirib. Onun sözlərinə görə, bu, beynəlxalq təhlükəsizlik standartlarına ziddir. (apa)

Mənbə sputnik.az


Digər xəbərlər


İŞİD-çıların arvadları düşərgələrdən çıxarılır

ABŞ hərbçiləri İŞİD terrorçularının arvadlarını Suriyanın Haseke vilayətindəki Əl-Hol qaçqın düşərgəsindən çıxarır. Bu barədə “İhbariyyə” telekana...

Bakıda qeyri-adı küçə adları hələ də qalır

“Bakıda qəribə küçə adları var. Bəzilərində Sovet adları qalmaqdadır. Həmin küçələrin adlarının dəyişdirilməsi ilə bağlı mütləq tədbir görüləcək”. ...

Bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək

Azərbaycanda bələdiyyə seçkilərinin tarixi müəyyən edilib. Bununla bağlı bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib. İclasa...

Çavuşoğludan "Twitter"də Azərbaycanla bağlı PAYLAŞIM

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan haqda öz «Twitter» səhifəsində paylaşım edib Türkiyənin Xarici İşlər naziri M...