18.07.2019

Dubaya gedən bu şəxslərə viza pulsuz olacaq

Dubay Miqrasiya Xidməti yeni qərar qəbul edib.

“Turizmplus.az”a istinadən xəbər verilir ki, yeni qaydalara əsasən iyulun 15-dən sentyabrın 15-dək Dubaya valideyinləri ilə birgə səyahət edən 18 yaşdan aşağı uşaqlara viza ödənişsizdir.

Pulsuz viza almağın bəzi şərtləri mövcuddur:

— 18 yaşından kiçik uşaqlar turist vizası ilə BƏƏ-yə gələn valideynlərindən ən azı biri ilə olmalıdır;
— Valideyin mütləq qaydada öz vizasını almalı, soyadlar başqadırsa doğum haqqında şəhadətnamənin tərcümə və təsdiqini təqdim etməlidir;
— Qayda bütün dünya vətəndaşlarına aiddir;
— Bu sənəd vizasız rejim və ya hava limanında viza almaq mənası daşımır;
— Xarici pasportun bitmə tarixinə mütləq 6 aydan çox qalmalıdır;
— Sərnişinlərin aktiv və təsdiq olunmuş gediş-dönüş aviabiletləri göstərilməlidir.

Mənbə qafqazinfo.az


Digər xəbərlər


Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət sürəti artırılır

Noyabrın 24-dən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək. Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə,...

İnqilabi yenilik! Görüntülü danışdığınız adama toxuna biləcəksiniz

Virtual məkanda qarşınızdakı şəxs sizdən nə qədər uzaqda olursa olsun, artıq o adama toxuna biləcəksiniz. Publika.az xəbər verir ki, ABŞ-ın N...

Paytaxtda iki marşrut xətti üzrə avtobuslar yeniləri ilə əvəzləndi

Uzun müddətdir ki, yararsız vəziyyətdə olan 71 və 93 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar təmir olunan və nisbətən iritutumlu nəqliyyat vas...

Marağa məntəqəsində olan kəndlərdən əhali boşaldılır

Güney Azərbaycanın bütün əyalətlərində olduğu kimi, Şərqi Azərbaycan Əyalətində də kəndlər tədricən əhalidən boşalır. Şərqi Azərbaycan valisi...