13.07.2019

Dunya Miyatoviç Azərbaycan məsələlərində erməni saytlarına istinad edir?

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç, bu ay Azərbaycana 4 günlük səfər edib.
Amerikanın Səsi xəbər verir ki, İyulun 9-dan 12-dək davam edən səfər zamanı komissar hakimiyyət nümayəndələri, o cümlədən Xarici İşlər naziri Elmar Məmmədyarov, Ədliyyə naziri Fikrət Məmmədov, Daxili İşlər naziri Vilayət Eyvazov ilə görüşüb. Prezident Administrasiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyevlə siyasi məsələləri müzakirə edib.

Həmçinin baş prokuror Zakir Qaralov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, ombudsman Elmira Süleymanova, Vətəndaş cəmiyyətinin nümayəndələri, hüquqşünaslar, Vəkillər Kollegiyasının sədri və üzvləri ilə görüşlər olub.

Komissar həbsxanalara baş çəkib, jurnalistlər Seymur Həzi və Əfqan Muxtarlı ilə görüşüb. O, səfərin təşkilinə və məhbuslara baş çəkməsinə şərait yaradılmasına görə hakimiyyətə təşəkkürünü bildirib. Bundan əlavə, Miyatoviç Azərbaycanda insan haqları sahəsində hələ də ciddi problemlərin olmasını deyib. Qaçqınlarla görüşüb onları dinləyib və Azərbaycanda vəkillik institutu barəsində fikirlərini bölüşüb. Qeyd edək ki, bu komissarın ilk səfəri deyil və bütün səfərlər aşağı-yuxarı oxşar ssenari ilə keçir. Lakin biz başqa bir maraqlı məqama diqqət çəkmək istərdik. Dunya Miyatoviç Twitter səhifəsində Azərbaycana dair görüşlərini paylaşarkən, həm də erməni mətbuatına istinad edir. Maraqlıdır, nə zamandan erməni xəbər saytları Azərbaycan məsələlərində etibarlı və istinad olunası mənbə olublar? Xanım Miyatoviç bu sadə gerçəyi bilmir? Yoxsa hansısa başqa mesajı vermək istəyir?


Digər xəbərlər


Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Valid bin Mohammad Al-Samaanini qəbul...

Rusiyadan Gürcüstana şərt - Ya olum, ya ölüm

Bu tamamilə əsaslandırılmış və adekvat reaksiyadır Rusiya rəhbərliyi hələ də Gürcüstan vətəndaşları üçün vizanın ləğvi imkanından imtina etmir. Bu...

“F-35 proqramından çıxarılmamız NATO-ya mənfi təsir göstərəcək”

«Türkiyənin F-35 proqramından çıxarılması NATO-nun gücünə, xüsusilə də cənub qanadına mənfi təsir göstərəcək”. Türkiyə mediasına istinadən ...

Amerikada bu dəfə bütün iranlı diplomatların hərəkətinə məhdudiyyət qoyuldu

Rəsmi Vaşinqtonun Amerikada fəaliyyət göstərən bütün iranlı diplomatlar və onların ailələrinin bu ölkədə hərəkətinə məhdudiyyətlər tətbiq etdiyi barə...