11.07.2019

Erməni nazir ölkəsində işıqların kəsilməsində QAN QARDAŞINI günahlandırdı

Ermənistanın Enerji İnfrastrukturları və Təbii Sərvətlər nazirinin müavini Harob Vardanyan ölkəsinin bütün bölgələrində işıqların kəsilməsini İranın elektrik şəbəkəsində yaranmış texniki problemlə əlaqələndirib.

Xatırladaq ki, bir müddət əvvəl İran və Ermənistan elektrik xəttləri şəbəkələrini bir-birinə bağlayıblar.

Harob Vardanyan əlavə edib ki, son aylar ərzində Ermənistanın elektrik şəbəkəsində gərginliyin həddən artıq azaldığı müşahidə edilirdi. Nazir müavinin sözlərinə görə, iki ölkənin elektrik paylayıcı şəbəkələri bir-birinə birləşdirildiyindən, bu problem İran tərəfində də yaşanıb.

O, bunun Razdan İstilik Elektrik Stansiyasının 5-ci enerji blokunda qəza baş verməsinə səbəb olduğunu deyib.

Vardanyan Gürcüstan və İrandan elektrik enerjisi almaqla, ölkə ərazisində bəzi yerlərdə elektrik verilməsinin təmin edildiyini deyib.

Qeyd etmək lazımdır ki, İran işğalçı Ermənistan rejiminə dəstək olan əsas ölkələrdən biridir. Rəsmi Tehran etdiyi yardımlarla Ermənistanın düşdüyü iqtisadi blokadadan çıxmasına və bunun nəticəsində də Azərbaycan torpaqlarının işğalının davam etməsinə şərait yaratmağa davam edir.

Mənbə gunaz.tv


Digər xəbərlər


Küləkli hava nə vaxta kimi davam edəcək? - Rəsmi açıqlama

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Depa...

Yeni kanal yaradıldı

Azərbaycanda “Kanal 5” adlı yeni internet televiziya yaradılıb. «Kanal5″dən verilən məlumata görə, maraqlı verilişlər, reportajlar, müz...

Günəşin ətrafında UNO göründü - Video

NASA teleskopları günəşin yanında uçan UNO qeydə alıb.“Utro.ru” xəbər verir ki, sözügedən UNO planetimiz böyüklükdə olub.Naməlum obyekt günəşin yaxın...

Erməni kilsəsi Aysor kilsəsini ələ keçirir

Erməni kilsəsinin tarixi ilə az-çox maraqlanan insanlar bilir ki, Erməni kilsəsi tarix boyu ekspansionist siyasət yeridib. Bu gün də bu siyasət davam...