03.07.2019

«Ford Mustang»ın yaradıcısı vəfat edib

«Ford Mustang» avtomobilinin yaradıcısı və «Chrysler» korporasiyasının sabiq rəhbəri Li Yakokka ABŞ-da 94 yaşında vəfat edib.

Bu barədə Li Yakokkanın ailə üzvləri xəbər veriblər. «Ford Mustang»ın yaradıcısının ölüm səbəbi barədə məlumat verilmir.

Qeyd edək ki, Li Yakokka «Ford Motor Company» şirkətinə 1946-cı ildə gəlib və 1978-ci ilə qədər orada çalışıb. Onu əfsanəvi «Ford Mustang»ın «atası» hesab edirlər.

1978-ci ildə Henri Ford tərəfindən işdən qovulan Li Yakokka «Chrysler» korporasiyasının rəhbəri olur və 1995-ci ilə qədər orada çalışır.

Li Yakokka bir neçə memuarın müəllifidir.

Mənbə trend.az


Digər xəbərlər


Manatın sabahkı məzənnəsi

Yanvarın 29-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 29.01.2020-ci il tarixindən etibarən rəsmi məz...

Çindən Azərbaycana bu məhsullar gətirilməyəcək - RƏSMİ

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xal...

Dövlət qurumlarının balansında olan avtomobillərin hərracı keçiriləcək

Azərbaycanda fevralın 25-də dövlət qurumlarının balansında olan avtomobillərin hərracı keçiriləcək. Gülüstan.info xəbər verir ki, bu dəfə Mərkəzi ...

Diri quş və quş məhsullarının idxalına QADAĞA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məq...