24.07.2019

Fransada 15 min dövlət məmuru vəzifəsi ləğv olunacaq

Fransanın fəaliyyət və dövlət hesabları naziri Jerald Darmanən 2022-ci ilə qədər 15 min dövlət məmuru vəzifəsinin ləğv olacağını bildirib. Ölkədə, həmçinin yerli özünüidarə orqanlarında 70 min vəzifənin ləğv edilməsi ilə bağlı vədə əməl olunacaq. Eyni zamanda, 2020-ci ildə Fransada iki min məmur vəzifəsinin ləğv olunacağı və bunun əksəriyyətinin İqtisadiyyat və Maliyyə Nazirliyini əhatə edəcəyi vurğulanıb.

Bu gün Fransa Milli Assambleyasının sessiyasında da “dövlət qulluğunda islahatlar” adlı yeni qanun layihəsi qəbul edilib. Yeni qanun 2020-ci il yanvarın 1-dən etibarən tətbiq ediləcək. Qanun dövlət (44 faiz), yerli özünüidarə orqanları (35 faiz) və xəstəxanalar (21 faiz) olmaqla 5.5 milyon dövlət qulluqçusuna şamil olunur.

Qeyd edək ki, 2017-ci ildə Fransa prezidentliyinə namizədliyi zamanı Emmanüel Makron mandatı müddətində 50 min dövlət qulluğu vəzifəsinin ləğv olunacağını vəd etmişdi.

Dövlət qulluğu üzrə dövlət katibi Olivye Düssot isə 2022-ci ilədək bu qədər vəzifənin ləğv edilməsinin çətin olacağını bildirib.

Mənbə azertag.az


Digər xəbərlər


İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib. ...

Netanyahu İranla bağlı hərbiçilərə göstəriş verdi

İsrail Baş naziri Benyamin Netanyahu hərbçilərə İran təhdidinə qarşı fəaliyyət üçün bütün lazımı olan bütün tədbirlərin görülməsi üçün tapşırıq verib...

Azərbaycan qondarma Dağlıq Qarabağ rejiminin hesabatı ilə bağlı BMT-də məktub yayacaq

BMT-nin Nizamnaməsinə və təşkilatın müvafiq prosedur qaydalarına əsasən təşkilatın hər bir üzvü beynəlxalq ictimaiyyət üçün maraq kəsb etdiyini düşün...

Ərdoğan Kipr türklərinə bu cür sahib çıxdı

“Şərqi Aralıq dənizindəki karbohidrogen yataqlarındakı araşdırma fəaliyyətlərimizi davam etdirməkdə qərarlıyıq və bu qərarımızdan geri çəkilmək niyyə...