25.07.2019

Gürcüstanın sabiq müdafiə naziri saxlanıldı

Gürcüstanın keçmiş müdafiə naziri, “Qalib Gürcüstan” müxalif siyasi hərəkatın lideri İrakli Okruaşvili iyunun 20-21-də Tbilisidə baş verən hadisələrlə bağlı saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.

Müxalifətçi kütləvi zorakılığın təşkili və iştirakda ittiham olunur.

İstintaqla müəyyən olunub ki, İ.Okruaşvili onu müşayiət edən şəxslərlə birgə nümayişçiləri zorakılıqla parlament binasına soxulmağa çağırıb.

Kütləvi zorakılıqda iştirak və polisə hücum ittihamı ilə daha 4 şəxs saxlanılıb.

Qeyd edək ki, sabiq nazir iyulun 23-də Tbilisi Şəhər Məhkəməsində 20-21 iyun hadisələri ilə bağlı istintaqa ifadə verib.  


***19:31

Gürcüstanın keçmiş müdafiə naziri, “Qalib Gürcüstan” müxalif siyasi hərəkatının lideri İrakli Okruaşvili saxlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, siyasətçi “Rustavi 2” televiziya kanalında yayımlanan “Vanonun şousu” verilişində iştirak edib.

Teleşirkəti tərk edən İ.Okruaşvili polis tərəfindən saxlanılıb.

Müxalifətçinin hansı səbəbdən saxlanıldığı hələ məlum deyil.

Mənbə report.az


Digər xəbərlər


İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib. ...

Netanyahu İranla bağlı hərbiçilərə göstəriş verdi

İsrail Baş naziri Benyamin Netanyahu hərbçilərə İran təhdidinə qarşı fəaliyyət üçün bütün lazımı olan bütün tədbirlərin görülməsi üçün tapşırıq verib...

Azərbaycan qondarma Dağlıq Qarabağ rejiminin hesabatı ilə bağlı BMT-də məktub yayacaq

BMT-nin Nizamnaməsinə və təşkilatın müvafiq prosedur qaydalarına əsasən təşkilatın hər bir üzvü beynəlxalq ictimaiyyət üçün maraq kəsb etdiyini düşün...

Ərdoğan Kipr türklərinə bu cür sahib çıxdı

“Şərqi Aralıq dənizindəki karbohidrogen yataqlarındakı araşdırma fəaliyyətlərimizi davam etdirməkdə qərarlıyıq və bu qərarımızdan geri çəkilmək niyyə...