11.07.2019

Həkimlərin regionlara cəlb olunması ilə bağlı AÇIQLAMA

«Hazırda Səhiyyə Nazirliyi ilə birgə həkimləri bölgələrə cəlb edəcək layihə üzərində işləyirik».

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib.

«Bölgələrə işləmək üçün gedən həkimlərə müəyyən paketlərin verilməsi, əmək haqqında fərqlərin olması ilə bağlı təklifləri müzakirə edirik. Hətta bir həkimin 3 günlük regiona səfər etməsi halında ezamiyyət kimi deyil, göstərdiyi xidmətlərə görə əmək haqqı, bonuslar almaq kimi qaydaları düşünürük ki, əhaliyə daha rahat olsun. Yəni, onlar regiondan Bakıya gəlməsinlər, daha çox buradan regiona getsinlər. Gələn ildən düşünürəm ki, bununla bağlı müəyyən irəliləyişlər əldə edə biləcəyik», — Z.Əliyev əlavə edib. 

Mənbə report.az


Digər xəbərlər


Küləkli hava nə vaxta kimi davam edəcək? - Rəsmi açıqlama

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Depa...

Yeni kanal yaradıldı

Azərbaycanda “Kanal 5” adlı yeni internet televiziya yaradılıb. «Kanal5″dən verilən məlumata görə, maraqlı verilişlər, reportajlar, müz...

Günəşin ətrafında UNO göründü - Video

NASA teleskopları günəşin yanında uçan UNO qeydə alıb.“Utro.ru” xəbər verir ki, sözügedən UNO planetimiz böyüklükdə olub.Naməlum obyekt günəşin yaxın...

Erməni kilsəsi Aysor kilsəsini ələ keçirir

Erməni kilsəsinin tarixi ilə az-çox maraqlanan insanlar bilir ki, Erməni kilsəsi tarix boyu ekspansionist siyasət yeridib. Bu gün də bu siyasət davam...