12.07.2019

Heydər Əliyev Hava limanında bu yolla avtodayanacaq pulunu online tam rahat ödəyə biləcəksiniz

Azərbaycanda ilk və ən böyük prosessinq mərkəzi olan “AzəriKard” “Premium” Bankla birgə yeni layihəyə başlayıb.

AzeriCard Prosessinq Mərkəzindən daxil olmuş məlumatda bildirilir ki, artıq “AzəriKard” — “Premium” Bank mobil əlavəsi istifadəçiləri hava limanında park ödənişi növbəsində vaxt itirməyəcəklər, belə ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında dayanacaq haqqı həmin müştərilər üçün avtomatik ödəniləcək.

Mobil bank istifadəçiləri hər zaman olduğu kimi hava limanına daxil olduqda ödəniş qəbzini (kartını) əldə edirlər. Lakin dayanacağı tərk etdikdə ödəniş növbəsində vaxt itirmədən 6 nömrəli çıxışda kartı geri qaytarıb birbaşa yollarına davam edirlər. Ödəniş isə avtomatik icra edilir.

Bunun üçün sadəcə mobil bank tətbiqində (IOS , Android) avtomobilin dövlət qeydiyyat nömrəsini qeyd edib şablon yaratmaq lazımdır.

Ətraflı məlumat üçün çarxı izləyə və ya 194 Məlumat mərkəzinə zəng edə bilərsiniz.

«AzəriKard» Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hal-hazırda AzəriKard Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda Beynəlxalq Ödəmə Sistemlərinin üzvü olan 21 banka prosessinq xidməti göstərir.

Mənbə marja.az


Digər xəbərlər


“Mərəndi” şərab şirkəti cərimələndi

Maliyyə Bazarlarına Nəzarət Palatası “Mərəndi” MMC-ni cərimə edib. Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib. ...

“Huawei” smartfonlarının əməliyyat sistemini dəyişməyəcək

“Hongmeng” əməliyyat sistemi smartfonlar üçün nəzərdə tutulmayıb. Bunu “Huawei Technologies”in böyük vitse-prezidenti Çen Lifan bildirib. Onun ...

Gürcüstana ixrac olunan neft və neft məhsullarının həcmi 30% ....

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 97 245, 7 ton neft və neft məhsulları idxal edib. Bu barədə Gürcüstanın Milli Statistika İ...

Paytaxtda bəzi otellər satışı dayandırdı

Bakının mərkəzindəki bəzi beşulduzlu hotellər iyulun sonu-avqustun əvvəli üçün olan dövr üzrə otaq nömrələrinin satışını dayandırıb. Azərbaycan Tu...