23.07.2019

İngiltərə İrana bağlı qüvvələrin Avropada terrora hazırlaşdığını bildirdi

Britaniyanın xüsusi xidmət orqanları İrana bağlı terroristlərin Avropa və Britaniyada terror aktları həyata keçirməyə hazırlaşdıqları barədə xəbərdarlıq edib.

“Daily Telegraph” qəzetində bu xüsusda dərc edilən məqalədə qeyd edilir ki, bu İrana bağlı mütəşəkkəl cinayətkar qrupların Britaniyanın terror təşkilatları siyahısına saldığı Livan Hizbullahıyla əlaqələri var.

Məqalədə həmçinin bildirilir ki, rəsmi Londonla Tehran arasında gəmilərin saxlanmasına görə yaşanan ziddiyyətlər səbəbindən İran tərəfindən idarə edilən terrorçuların İngiltərə və Avropada terror hücumları həyata keçirməyə hazırlaşdıqları barədə əsaslı ehtimallar mövcuddur.

Britaniyanın Mİ5 və Mİ6 adlı xüsusi xidmət orqanları İranı Rusiya və Çindən sonra bu ölkənin təhlükəsizliyinə qarşı əsas təhdid adlandırıblar. Bu qurumlar xüsusilə də “Sepah” terror təşkilatı tərəfindən Britaniyaya məxsus gəminin saxlanmasından sonra İrana bağlı terroristlərin Avropa ölkələrində terror hücumları planlaşdırdıqları barədə məlumatlarının olduğunu deyiblər.

Xatırladaq ki, 2015-ci ildə Britaniyada İranın maliyyələşdirdiyi Hizbullah təşkilatının üzvləri terror hücumuna hazırlıq görən zaman həbs edilmişdilər. Onlar ölkədə partlayışlar törətmək üçün bir neçə ton partlayıcı maddə depolamışdılar.

Bundan başqa, İran dəfələrlə Hizbullah terroristlərini istifadə etməklə, İngiltərə ərazisində partlayışlar törətməyə çalışıb, lakin hər dəfə bu planlar uğursuzluqla nəticələnib.

Mənbə gunaz.tv


Digər xəbərlər


Erməni qatil Qarabağla bağlı etiraf etdi - Video

Qondarma Qarabağ rejiminin “təhlükəsizlik şurası”nın keçmiş rəhbəri Vitali Balasanyan azərbaycanlılara qarşı milli zəmində cinayət törətməsini etira...

Ərdoğan sanksiyalara meydan oxudu

Suriyadakı antiterror əməliyyatına görə Türkiyəyə qarşı sanksiya tətbiq etmək niyyətində olan ölkələr bilməlidir ki, Ankaranı bununla qorxutmaq mümkü...

Ərdoğan “Barış pınarı”nı bitirmək üçün şərt qoydu

“Fransa Prezidenti Emmanuel Makrona Ruanda, Əlcəzairdə törədkikləri qətlimaları xatırladaraq dedim ki, yüz minlərlə insanı siz qətl edibsiniz: “Güzgü...

ABŞ-dan İrana hücum!

ABŞ İrana qarşı sentyabrın sonunda gizli kiberəməliyyat həyata keçirib. Bu məlumatı “Röyter” agentliyi yayıb. Məlumata görə, hücum Səudiyyə Ərəbis...