11.07.2019

İnsanın iştirakı olmadan təyyarə belə yerə endirildi — VİDEO

Nəqliyyat vasitəsinin tamamilə avtonom idarəetmə sistemi vasitəsilə idarəolunmasını bir çox avtomobil istehsalçıları test edirlər. Lakin söhbət təyyarələrdən gedəndə bu sahədə avtopilot sisteminin uzun illər ərzində işlədilməsinə baxmayaraq, o hələ də ideal vəziyyətdə deyil. Buna baxmayaraq vəziyyət yaxın zamanda dəyişə bilər. Belə ki, insanın iştirakı olmadan təyyarəni yerə endirmək üçün nəzərdə tutulmuş C2Land texnologiyası artıq ilkin testlərdən keçib. Bu barədə Techspot saytına istinadən 4pda saytı xəbər verib.

Münhen Texniki Universitetinin alimlər komandası C2Land layihəsinin ilkin mərhələsini sonlandırıblar. Bu layihə çərçivəsində pilotun koməyinə ehtiyac qalmadan təyyarəni yerə endirmək üçün nəzərdə tutulmuş sistem hazırlanır. Tərtibatçıların sözlərinə əsasən, bu xüsusi texnologiya avtomatik pilotlaşdırma sistemlərinə alternativ variant olacaq. Avtopilotun effektiv çalışması üçün müasir Instrument Landing System (ILS) sistemləri uçuş sahəsində çoxlu sayda antenlərin olmasını tələb edir.

Çoxlu sayda balaca hava limanları yeni nəsil texnologiyaları əldə edə bilmirlər. Buna görə də təyyarələrin pilotları həmin təyyarələri özləri endirməli olurlar. Nəzərə alsaq ki, təyyarələr ilə bağlı qəzaların çoxu məhz eniş və uçuş zamanı baş verir, bu işə daha diqqətli yanaşmaq lazımdır. Hal hazırda varolan texnologiyalardan fərqli olaraq C2Land GPS siqnallar və istiqamətlənmə üzrə optik sistemlər vasitəsilə təyyarəni istənilən enmə zolağına endirə bilir.

Bu texnologiya yer üzərində yerləşdirilmiş infrastruktura ehtiyac duymur. İstiqamətlənmə üzrə olan optik sistem digər texnologiyaların təyin edə bilmədikləri atmosfer göstəricilərini qeydiyyatdan keçirdir, GPS vasitəsilə yönəlmə isə dəqiq enişi təmin edir. Diamond DA42 adlı təyyarənin C2Land texnologiyası vasitəsilə ilk test uçuşu uğurla başa çatıb. Lakin bu texnologiyanın sərnişin təyyarələrinə nə zaman inteqrasiya olunacağı barəsində bir məlumat yoxdur.

Mənbə technote.az


Digər xəbərlər


Küləkli hava nə vaxta kimi davam edəcək? - Rəsmi açıqlama

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Depa...

Yeni kanal yaradıldı

Azərbaycanda “Kanal 5” adlı yeni internet televiziya yaradılıb. «Kanal5″dən verilən məlumata görə, maraqlı verilişlər, reportajlar, müz...

Günəşin ətrafında UNO göründü - Video

NASA teleskopları günəşin yanında uçan UNO qeydə alıb.“Utro.ru” xəbər verir ki, sözügedən UNO planetimiz böyüklükdə olub.Naməlum obyekt günəşin yaxın...

Erməni kilsəsi Aysor kilsəsini ələ keçirir

Erməni kilsəsinin tarixi ilə az-çox maraqlanan insanlar bilir ki, Erməni kilsəsi tarix boyu ekspansionist siyasət yeridib. Bu gün də bu siyasət davam...