09.07.2019

Instagram iki yeni funksiyanın anonsunu verdi

Instagram Restrict adlı yeni funksiyanı anons edib. Bu funksiya sayəsində hansısa istifadəçi digər bir istifadəçini məhdudlaşdıra biləcək. Bununla belə məhdudlaşdırılmış şəxs bundan xəbər tutmayacaq. Bu barədə Vc.ru saytı xəbər verib. İstifadəçilər qeyd edirlər ki, hansısa şəxsin Instagram-da blok olunması və ya onu abunəçilər siyahısından çıxarılması, vəziyyəti daha da qəlizləşdirə bilər. Əsasən də həmin şəxs ilə real həyatda qarşılıqlı əlaqədə olunursa vəziyyət daha da mənfi xarakter alır.

Buna görə də məşhur fotoservisə Restrict funksiyası əlavə olunacaq. Bu funksiya sayəsində məhdudlaşdırıcı siyahıya daxil edilmiş şəxsin şərhlərini Instagram hesabına sahib olan şəxsdən başqa heç kim görməyəcək. Bununla yanaşı bu cür siyahıda olan şəxs öz mesajlarının oxunulduğunu da bilməyəcək. Yeni funksiyanın testinə yaxın zamanda start veriləcək.

Fotoservis daha bir funksiyanı anons edib. Həmin fuksiya istifadəçini bu və ya digər şərhin uyğun olub-olmama səviyyəsini şərhin yerləşdirilməsindən öncə xəbərdar edəcək. Bu funksiya süni zəka texnologiyası əsasında çalışır. Məlumatda qeyd edilib ki, bu funksiyanın testi zamanı istifadəçilər təhqir xarakterli şərhlərin yazılmasından imtina ediblər. Bu funksiya artıq bəzi Instagram istifadəçiləri üçün aktivdir.

Mənbə technote.az


Digər xəbərlər


“Mərəndi” şərab şirkəti cərimələndi

Maliyyə Bazarlarına Nəzarət Palatası “Mərəndi” MMC-ni cərimə edib. Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib. ...

“Huawei” smartfonlarının əməliyyat sistemini dəyişməyəcək

“Hongmeng” əməliyyat sistemi smartfonlar üçün nəzərdə tutulmayıb. Bunu “Huawei Technologies”in böyük vitse-prezidenti Çen Lifan bildirib. Onun ...

Gürcüstana ixrac olunan neft və neft məhsullarının həcmi 30% ....

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 97 245, 7 ton neft və neft məhsulları idxal edib. Bu barədə Gürcüstanın Milli Statistika İ...

Paytaxtda bəzi otellər satışı dayandırdı

Bakının mərkəzindəki bəzi beşulduzlu hotellər iyulun sonu-avqustun əvvəli üçün olan dövr üzrə otaq nömrələrinin satışını dayandırıb. Azərbaycan Tu...