02.07.2019

İran OPEC ilə bağlı ciddi xəbərdarlıq etdi

«OPEC-in ilk öncə öz üzvləri arasında razılaşma əldə etməsi lazımdır»

«OPEC üzvlərinin çoxu İranın dostudur. Amma İran heç bir ölkəyə düşmənçilik etmədiyi halda, OPEC-in bir neçə üzvü böyük İran millətinə qarşı düşmənçilik edir».

İranın «Mehr» agentliyinə istinadla xəbər verilir ki, bu sözləri İranın neft naziri Bijan Namdar Zanqane deyib.

İranın OPEC xaricindəki neft ixracatçısı ölkələrlə əməkdaşlığı dəstəklədiyini bildirən Zanqane qeyd edib: «OPEC-in ilk öncə öz üzvləri arasında razılaşma əldə etməsi lazımdır. Bəzi qonşularımızın İrana qarşı düşmənçiliyi yerə qoyub uzadılan dostluq əlimizi tutmaları daha yaxşı olar. OPEC-də birlik olmadan başqa bir mövzuya girmək faydasız bir jest olaraq qalacaq».

İranın neft naziri bildirib ki, bəzi OPEK üzvləri digər üzvlərin maraqlarını vurmağa çalışsa, OPEC çökər.

Qeyd edək ki, 1-2 iyul tarixlərində Vyanada OPEC-ə üzv və təşkilata daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclası və nazirlərin 6-cı görüşü keçiriləcək. «OPEC plus» nazirlərinin Vyana görüşündə qlobal neft bazarının təhlili əsasında ilin ikinci yarısı üçün hasilat səviyyəsinə dair qərarın qəbulu məsələsinə baxılacaq.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 mln. barrel azaldılması ilə bağlı razılıq əldə olunub. «Əməkdaşlıq Bəyannaməsi»nin icrası 2019-cu ilin I yarısında başa çatır.

Mənbə sputnik.az


Digər xəbərlər


Manatın sabahkı məzənnəsi

Yanvarın 29-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 29.01.2020-ci il tarixindən etibarən rəsmi məz...

Çindən Azərbaycana bu məhsullar gətirilməyəcək - RƏSMİ

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xal...

Dövlət qurumlarının balansında olan avtomobillərin hərracı keçiriləcək

Azərbaycanda fevralın 25-də dövlət qurumlarının balansında olan avtomobillərin hərracı keçiriləcək. Gülüstan.info xəbər verir ki, bu dəfə Mərkəzi ...

Diri quş və quş məhsullarının idxalına QADAĞA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məq...