31.07.2019

İran valyutasını dəyişməyə qərar verdi

Rialın özünün də, adının da dəyişəcəyi bildirilir

İran hökuməti milli valyutası rialdan dörd sıfırın götürülməsinə dair planı təsdiqləyib.

İran mediasına istinadən xəbər verilir ki, bu addım milli valyutanın yenidən qüvvətləndirilməsi üçün atılır.

Denominasiya planı ölkənin Nazirlər Kabinetinin çərşənbə günü keçirilmiş iclasında təsdiqlənib və bundan sonra o, parlament tərəfindən də təsdiqlənməlidir.

Məsələ ilə bağlı təfərrüatları İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemmati açıqlayacaq.

Qeyd edək ki, hazırda 120 min İran rialı 1 ABŞ dollarına bərabərdir.

Bundan başqa, rialın adının «tümən»ə dəyişəcəyi bildirilir. Banknotların və qəpiklərin nominal dəyərinin və görünüşünün də dəyişilməsi nəzərdə tutulub.

«Yeni milli valyuta olan tümən riala əvəz kimi nəzərdə tutulur. Bir tümən 10 min riala bərabər olacaq», — «dolat.ir» hökumət saytı bildirib.

Mənbə sputnik.az


Digər xəbərlər


Beynəlxalq Bankdan "oğurlanan" 1 milyarda yaxın pulun izi harada itirilib? - FAKTLAR

Tanınmış vəkil Adil İsmayılov «Beynəlxalq Bank işi» ilə bağlı növbəti sensasion yazısını yazıb.  Qaynarinfo həmin yazını təqdim edir: ...

Yeni "Samsung Galaxy Note 10" smartfonu artıq satışda

«Samsung Electronics» avqustun 23-də yeni flaqman smartfonu «Galaxy Note 10″u 70 ölkədə satmağa başlayıb. TASS-a istinadən xə...

Huawei ABŞ sanksiyalarına qarşı bu cür silahlanır - Mühəndislərdən ibarət xüsusi komandalar yaradır

ABŞ sanksiyalarının yenidən təxirə salınmasına baxmayaraq Huawei şirkətinn yaradıcısı Ren Zhengfei şirkət əməkdaşlarını yeni layh...

Azərbaycanda yeni fabrik tikilir - Foto

Xalça istehsalı kompleks istehsal sahəsidir. Bu sahənin inkişafını  Yunəyirici-Boyaq Fabriki olmadan təsəvvür etmək mümkün deyil. Xalça isteh...