24.07.2019

İrana qarşı yeni sərt koalisiya başlayır – Koreyadan şərh

Artıq Tramp-Conson koalisiyası başlayır və İranla nüvə anlaşması daha çətin bir müstəviyə keçəcək

Bu sözləri Koreya Milli Müdafiə Universitetinin Milli Təhlükəsizlik Məsələləri üzrə professoru Yançun Kim son zamanlar Hörmüzdə yaşanan gərginliyi şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, ABŞ-İngiltərə və İran arasında yaşanan qarşıdurmanın yaxın gələcəkdə bitməsi mümkün deyil:

“İsrail Trampın İran strategiyasını istiqamətləndirən əsas amildir. Məhz buna görə ABŞ Prezidentinin Şimali Koreyaya və İrana olan münasibəti bu qədər fərqlidir. Görünür, Tramp və Conson koalisiyası daha sərt olacaq. Almaniya kimi bir sıra Qərb ölkələri buna ağız büzməklə kifayətlənəcək. Lakin Avropanın ciddi bir addım atması gözlənilmir”.

Politoloqun fikrincə, İran Çin-Rusiya koalisiyasına daha çox yaxınlaşacaq. Beləliklə Rusiya-Çin-İran üçbucağı Hind-Sakit Okean Strategiyasının üzvlərinə qarşı yeni soyuq müharibə dövrünün bir xətti olacaq:

“Bu oyuna ABŞ-la İran ev sahibliyi edəcək, Rusiya, İran və Yaponiya, Hindistan və Avstraliya isə əsas müttəfiqlər olacaq.

Avropanın mövqeyi bu yeni Soyuq müharibə üçün əsla əhəmiyyət kəsb etmir”.

Mənbə axar.az


Digər xəbərlər


İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib. ...

Netanyahu İranla bağlı hərbiçilərə göstəriş verdi

İsrail Baş naziri Benyamin Netanyahu hərbçilərə İran təhdidinə qarşı fəaliyyət üçün bütün lazımı olan bütün tədbirlərin görülməsi üçün tapşırıq verib...

Azərbaycan qondarma Dağlıq Qarabağ rejiminin hesabatı ilə bağlı BMT-də məktub yayacaq

BMT-nin Nizamnaməsinə və təşkilatın müvafiq prosedur qaydalarına əsasən təşkilatın hər bir üzvü beynəlxalq ictimaiyyət üçün maraq kəsb etdiyini düşün...

Ərdoğan Kipr türklərinə bu cür sahib çıxdı

“Şərqi Aralıq dənizindəki karbohidrogen yataqlarındakı araşdırma fəaliyyətlərimizi davam etdirməkdə qərarlıyıq və bu qərarımızdan geri çəkilmək niyyə...