12.07.2019

İŞİD tərəfindən dağıdılmış Palmira şəhərinin barelyefləri bərpa edilir

Dəməşq Milli Muzeyində UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş və İŞİD terrorçuları tərəfindən dağıdılmış qədim Palmira şəhərinin barelyeflərinin bərpasına başlanılıb. TASS informasiya agentliyinə istinadla xəbər verilir ki, muzeyin direktoru Osman Səəd barelyeflərdəki insan təsvirlərinin tamamilə yox edildiyini deyib.

Muzeyin direktoru qeyd edib ki, barelyeflərin hissələri qədim şəhərin terrorçulardan azad edilməsindən sonra Dəməşqə gətirilib. Lakin heykəllərin bir çoxu hələ də xarabalığa çevrilmiş Palmirada qalır. Onun sözlərinə görə, qiymətli mədəniyyət abidələrinin yüksək səviyyədə bərpa olunması üçün təcrübəli mütəxəssislər dəvət edilib.

Mütəxəssislər barelyefləri köhnə fotoşəkillər əsasında bərpa edirlər. Bu prosesdə Palmiradan gətirilmiş əhəngdən istifadə edilir. Bərpa işləri Suriya hökumətinin maliyyə vəsaiti hesabına aparılır. Eyni zamanda, tarixi heykəllərin üçdəikisinin oğurlandığı və başqa ölkələrə aparıldığı da bildirilir. Siyasi mülahizələr səbəbindən yaxın vaxtlarda qədim Palmira abidələrinin bərpası prosesinə beynəlxalq təşkilatların maliyyə dəstəyi istisna edilir.

Palmiranın çiçəklənməsi dövrü eramızın I-III əsrlərinə təsadüf edir. Müasir dövrədək səhrada qalmış memarlıq abidələrinin əksəriyyəti də həmin dövrə aiddir. Buradakı tarixi-mədəniyyət abidələrinin əksəriyyəti İŞİD terrorçuları tərəfindən 2016-cı ilin dekabrından 2017-ci ilin mayınadək məhv edilib.

Mənbə azertag.az


Digər xəbərlər


Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib (Foto)

Oktyabrın 15-də Nizami Kino Mərkəzində Rusiyanın görkəmli şairi, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Andrey Dementiyevin xatirəsinə hə...

Dünyaca məşhur əsər oğurlandı - Film kimi oğurluq (video)

Eksponat molbertə bərkidilmiş olsa da, bilinməyən səbəblərə görə qıfılı olmayıb. Ümumilikdə oğurluq prosesi 2 dəqiqəyə yaxın çəkib San-Fransisko q...

Əfqanıstan məhsulları sərgisi Bakıda

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycanın İqtisadiyyat, Əfqanıstanın Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyal...

Şəki yenə də heyrətləndirdi - Antik dövrə aid abidələr aşkarlanıb - FOTO

Şəkinin Fazıl kəndində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar tərəfindən qazıntılar aparılır. Qazıntı işləri Təpə Başı adlanan ərazidə, AMEA-nın...