16.07.2019

Jirinovski Türkiyə ilə bağlı şok açıqlama verdi

«Avropa İttifaqına üzv olmaq istəyirlər, ancaq onları qəbul etmirlər»

Rusiyanın Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski bəyan edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onunla görüşü zamanı NATO-dan çıxmağa hazır olduğunu bildirib.

Bu barədə Jirinovski öz «Telegram» səhifəsində məlumat yayıb.

«Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iki dəfə görüşdüm. Şəxsən mənə Türkiyənin NATO-dan çıxmağa hazır olduğunu bildirib. Avropa İttifaqına üzv olmaq istəyirlər, ancaq onları qəbul etmirlər. NATO-ya üzvlüyə qəbul olundular. Çünki olduqları bölgə Rusiyaya qarşı əməliyyatlar üçün uyğundur», — deyə Jirinovski yazıb.

Jirinovski, Rusiya ilə Türkiyə arasında münasibətlərin gələcəkdə Belarus və Gürcüstanla olandan daha yaxşı bir vəziyyətə gələ biləcəyini bildirib.

Mənbə sputnik.az


Digər xəbərlər


Merkelin arzuladığı dövlətlər - Avropa Birliyinə daha iki üzv

Angela Merkel iki ölkənin Avropa Birliyinə girə biləcəyinin siqnalını verib. Gülüstan.info xəbər verir ki, Almaniyanın baş naziri Angela Merkel Al...

AŞPA yeni prezidentini seçdi

Belçikalı senator Hendrik Daems iki il müddətinə AŞPA-nın yeni prezidenti seçilib. Gülüstan.info xəbər verir ki, o, bu vəzifədə isveçrəli deputat ...

“Exit poll” keçirəcək ilk təşkilatların adları açıqlandı - MSK-dan qərar

Milli Məclisə seçkilərlə əlaqədar “exit poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciətlər daxil olub. Gülüstan.info xəbər verir ki...

Prezident İlham Əliyev azərbaycanlı jurnalistə müsahibə verib — YENİLƏNİB

Artıq xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsi...