19.07.2019

Jurnalistlər üçün pulsuz müayinə keçiriləcək

Milli Mətbuatın 144-cü ildönümü ilə bağlı Apifioterapiya Mərkəzi ilə Parlament Jurnalistlər Birliyi birgə layihə həyata keçirəcək. Bu barədə Apifioterapiya Mərkəzinin rəhbəri Elnur Eldaroğlu verib.

O, qeyd edib ki, indiki zamanda xəstəliklər gəncləşdiyi kimi, artmaqda da davam edir: “Belə hallarda kəskin xəstəliklər xronikiləşir və xroniki proseslərin müalicəsi uzun zaman aldığına görə xəstəlik sona qədər müalicə olunmaya bilir. Xroniki xəstəliklərin müalicəsində bütün dünayada təbii üsullara üz tutulur (apiterapiya, fitoterapiya, fizioterapiya, akupunktur, hirudoterapiya, küpə terapiya, metabolik korreksiya və s.) və bu prosedurlarla həmçinin profilaktik tədbirlər həyata keçirilir ki, əsas məqsəd xəstələnməməkdir”.

O qeyd edib ki, təbii üsullar mərkəzi olan Apifioterapiya Mərkəzi silsilə şəklində insanların sağlamlığının keşiyində durur: “Mən fitoterapevtəm. Və mənim təşəbbüsümlə 22 iyul Milli Mətbuat günü münasibətilə bütün KİV-lərə ödənişsiz ilkin terapevtik müayinəyə hazıram”.

E.Eldaroğlu bu aksiyada hansı xəstəliklərdən əziyyət çəkənlərin yararlana biləcəyi məsələsinə də aydınlıq gətirib: “Qaraciyər (hepatitlər, qaraciyərin piy distrofiyası,), öd kisəsi (öd daşı, xolesistitlər) və mədəaltı vəzin kəskin və xroniki xəstəlikləri, qəbizlik və qıcqırma kimi mədə-bağırsağın iltihabi (qastritlər, mədə xoras, reflüks-ezofagit, kolitlər) xəstəlikləri, qurd xəstəlikləri, kəskin və xroniki bronxitlər, eləcə də allergik (astmatik) bronxitlər, revmatoloji xəstəliklər, xüsusilə artritlərdən əziyyət çəkənlər müraciət edə bilər”.

Qeyd edək ki, aksiya iyulun 24-26-da baş tutacaq.

Mənbə fins.az


Digər xəbərlər


Bazar gününə hava proqnozu

Yanvarın 26-na gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentin...

Prezident İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbayca...

Koronavirus sürətlə dünyaya yayılır

Çində artıq 40-dan çox insanın ölümünə səbəb olan koronavirus sürətlə dünyanın fərqli qitələrinə yayılır. Gülüstan.info xəbər verir ki, Avstraliy...

Bakıda sərnişin avtobusu qəzaya uğradı

Bakı Nəqliyyat Agentliyi Maştağada marşrut avtobusunun qəzaya uğraması barədə məlumat yayıb. Agentlikdən verilən məlumata görə, bu gün səhər saat ...