30.07.2019

Kəndlərdə nikahdan kənar körpələrin dünyaya gəlməsinə səbəb nədir?

Cəhalətin yeni bəlası: Azərbaycanda uşaqlar nikahsız doğulur

2017-ci ildə kənd yerlərində hər 5-ci uşaq, şəhər yerlərində isə hər 8-ci uşaq rəsmi nikah olmadan doğulub. Bu haqda məlumat Bakı Araşdırmalar İnstitutunun (BAİ) 2008-2017-ci illərdə ölkənin şəhər və kənd yerlərində rəsmi nikahsız doğulan uşaqların payının dəyişməsi ilə bağlı yayımladığı infoqrafikada yer alıb.

2008-2017-ci illərdə kənd yerlərində rəsmi nikah olmadan doğulan uşaqların payı 11,7%-dən 19,6%-ə artıb, şəhər yerlərində isə 12,5%-dən 11,8%-ə azalıb. Belə ki, son 10 illik göstəricilərə əsasən şəhər yerlərində rəsmi nikah olmadan doğulan uşaqların sayı 11,7% azaldığı halda, kənd yerlərində bu rəqəm 59,5% yüksəlib.

Ekspert Samir Əliyev qeyd edib ki, ötən əsrin 70-ci, 80-ci, 90-cı illərində rəsmi nikah olmadan doğulan uşaqların payı 3-4%-dən çox olmayıb: «Yəni hər doğulan 100 körpənin 3-4-ü nikahsız idi. İndi bu rəqəm 15-16%-ə yüksəlib. Kənd yerlərində hətta vəziyyət daha qəlizdir. Səbəb nədir? Sovet dövrü insanlarımız qanuna daha çox əməl edirdilər, yoxsa o vaxt statistika daha çox saxtalaşdırılırdı? Bəlkə sovet vaxtı molla kəbininə az önəm verilirdi? Bəlkə şəhərdə təhsil daha güclüdür və ya ASAN xidməti var? Hər bir halda suallar çoxdur. Reallıq odur ki, kənd yerlərində hər 5-ci körpə nikahsız doğulur. Vəziyyətin bu həddə gəlib çatmasına çox təəssüf edirəm. Bunun, məncə, bircə yolu var — yüksək təhsil. Əks halda, cəmiyyət olaraq uzun müddət bu tip halların ağır fəsadlarını yaşayacağıq».

Mənbə sputnik.az


Digər xəbərlər


Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək

Heydər Əliyev Fondunun “Diabetli uşaqlara ən yuksək qayğı” layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər insulin p...

Gözdən əlilliyi olanların sosial müdafiəsi üçün işlər aparılır

Gözdən əlilliyi olanların mənzillə təminatı proqramının davamı olaraq, son illərdə gözdən əlilliyi olan şəxslər üçün Bakının Nərimanov rayonunda 132 ...

Ramiz Mehdiyev tutduğu vəzifəsindən azad edildi

Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərənca...

Nadir və nəsli kəsilməkdə olan quşlara GPS yerləşdiriləcək

AMEA-nın Zoologiya İnstitutuna «Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların səmərəli qorunması üçün müasir təbiəti mühafizə avadanlıqla...