18.07.2019

Klaviatura niyə əlifba sırası ilə deyil? — Maraqlı fakt

Hər kəsin alışdığı klaviaturun bir çox özəlliklərindən xəbərdar deyilik. Yəqin ki, klaviatur hərflərinin quruluşu haqqında çoxumuz düşünmüşük. Niyə hərflər əlifba sırasında deyil?

Kompüter klaviaturu universal formada qurulub. Hərflərin düzülüş maketi qədim köklərə malikdir. O, yazı maşınlarının mexanikası ilə bağlıdır.

1867-ci ildə amerikalı ixtiraçı Xristofer Şulz tərəfindan icad edilmiş ilk kommersiya maşınında “ABCDEF” klaviaturu istifadə olunub. “ABCDEF” işə yaramırdı, çünki praktik deyildi. İndi işlətdiyimiz klaviatur «QWERTY» adlanır, diqqətlə baxsaq onun adını horizontal şəkildə yuxarıda, sol küncdə düzülmüş hərflərlə yazıldığını görə bilərik. «Qwerty»  sxemi çap maşınlarında olan çəkiclərin qarışmağını əngəlləmək üçün ən çox istifadə olunan hərfləri ayırırdı. Klaviaturun ixtiraçısı Şulz  isə hərflərin bu cür düzülüşünü başqa bir səbəblə əlaqələndirirdi. Şulz hər iki əllə daha asan və daha sürətli yazmaq üçün sağ və solda ən çox istifadə edilən hərflərə ehtiyac olunduğu düşünürdü.

“Qwerty” klaviaturu istifadə olunduğu ölkəyə görə fərqlənə bilər. Məsələn, Almaniyada Y hərfi ilə Z hərfinin yerlərini dəyişirlər, çünki orada Z hərfi, Y-dən fərqli olaraq, daha sıx istifadə olunur. Azərbaycana gəldikdə, hal-hazırda işlədilən klaviatur “QWERTY” adlanır və latın qrafikasından bir qədər  fərqlənir. Azərbaycan klaviaturunda «ət» (@) işarəsi yoxdur və hərflər istifadəçinin rahat yazmağını nəzərə alaraq sayına uyğun yerləşdirilib.

Yeni texnologiyalar “QWERTY’ klaviaturuna ehtiyac olunmadığını göstərir, çünki kompüter klaviaturunda artıq qarışa biləcək heç bir çəkic yoxdur. Sadəcə bizim dövrümüzdə “QWERTY” keçmişdən qalan miras kimi qəbul edilir və bütün dünyada qəbul edilir. banco.az

Mənbə fins.az


Digər xəbərlər


İnqilabi yenilik! Görüntülü danışdığınız adama toxuna biləcəksiniz

Virtual məkanda qarşınızdakı şəxs sizdən nə qədər uzaqda olursa olsun, artıq o adama toxuna biləcəksiniz. Publika.az xəbər verir ki, ABŞ-ın N...

Paytaxtda iki marşrut xətti üzrə avtobuslar yeniləri ilə əvəzləndi

Uzun müddətdir ki, yararsız vəziyyətdə olan 71 və 93 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar təmir olunan və nisbətən iritutumlu nəqliyyat vas...

Marağa məntəqəsində olan kəndlərdən əhali boşaldılır

Güney Azərbaycanın bütün əyalətlərində olduğu kimi, Şərqi Azərbaycan Əyalətində də kəndlər tədricən əhalidən boşalır. Şərqi Azərbaycan valisi...

Azərbaycan-Rusiya sərhədindəki körpünün açılacağı vaxt bəlli oldu

Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərindən keçən avtomobil körpüsünün istismara verilməsi bu ilin dekabr ayının ortalarına planlaşdırılır. ...