28.07.2019

Leyla Əliyeva: “Mən xoşbəxtəm ki, Azərbaycan dünyada belə bir yerə çevrilib”

Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində təşkil olunan “Jara-2019” Beynəlxalq Musiqi Festivalının üçüncü günü — iyulun 27-də iştirakçılar qırmızı xalı üzərindən keçiblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları arasında olub.

Aparıcının “Bu gün burada 1990-cı illərin hitləri səslənəcək. Sizin sevimli hitiniz varmı” sualını cavablandıran Leyla Əliyeva dedi:

— “İvanuşki İnternəşnl” qrupu mənim çox xoşuma gəlirdi. Elə indi də onları dinləməyi sevirəm.

Bəs bu qrupun hansı mahnıları xoşunuza gəlir?

— Musiqinin, ümumiyyətlə, zamanı olmur. “Koleçko, koleçko, koltso” mahnısı kimi. Ən sevimli mahnı heç vaxt köhnəlmir. Bu səbəbdən çox yaxşı haldır ki, bu gün bunu etdiniz.

Leyla xanım, artıq “Jara” festivalının iki günü arxada qalıb. Hansı hisslər, hansı təəssüratlar var? İldən-ilə bu festivalda sizin üçün dəyişən nədir?

— İldən-ilə, ümumiyyətlə, dünya yaxşılığa doğru dəyişir. Çünki getdikcə daha çox insan başa düşür ki, biz sevgi və mərhəmət üçün yaşayırıq. Mən xoşbəxtəm ki, Azərbaycan dünyada belə bir yerə çevrilib. Arzu edirəm ki, bütün dünya belə olsun. Bütün artistlərə təşəkkürümü bildirirəm.

Xalq artisti Emin Ağalarov ötən əsrin 90-cı illərinin bu gün ifa ediləcək hitlərinin tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağına əminliyini bildirib.

Mənbə azertag.az


Digər xəbərlər


Bakının mərkəzində möhtəşəm park salınır - Foto

Bakının qədimliyini və tarixini əks etdirən «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğunda yeni park salınır. Artıq uzun zamandır restavra...

Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti olacaq

Avqustun 26-da saat 20.00-da Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək. Mərkəzdən Trend-ə verilən məlumata görə,...

Apple öz film və seriallarını yaradır

Apple şirkəti özünün Apple TV+ online kinoteatrının filmlərinin, seriallarının və şoularının istehsalı üçün 6 milyard dollar vəsait ay...

“Yatmış gözəl” baleti Eldar Əliyevin quruluşunda nümayiş olunacaq

Avqustun 23-24-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsində P.Çaykovskinin “Yatmış gözəl” baleti nümayiş etdiriləcək. T...