31.07.2019

London dünyada ilk olaraq park şəhər oldu

London şəhərinin hakimiyyət orqanları Milli Park-Şəhərlərin Beynəlxalq Xartiyasını (National Park City) imzalayıblar. NPC-nin bu təşəbbüsü böyük şəhərləri yaşıl və daha “yabanı” məkanlara çevirməklə həmin şəhərlərdə həyat şəraitini yaxşılaşdırmağa yönəlib.

Londonda 9 milyon nəfər yaşayır. Burada hər kvadratmilə 14 min sakin düşür. Britaniya paytaxtında 8 milyona yaxın ağac var. Şəhər ərazisinin 16,8 faizini yaşıllıqlar tutur.

Burada “Green View Index” (GVI) 12,7 faizə bərabərdir. Müqayisə üçün: Parisdə GVI 8,8 faizdir. Bu şəhərdə vəhşi heyvanların 15 min növü, o cümlədən İngiltərədə ən böyük maral böcəklərinin populyasiyası, yüzlərlə quş növü, 8 yarasa növü yaşayır.

Londonun meri Sadiq Xan 2050-ci ilə qədər şəhərdə yaşıllıqların sahəsini daha 50 faiz artırmaq vəzifəsini qarşıya qoyub. Buraya evlərin yaxınlığındakı bağlar və özəl ərazilər də daxildir. Mer deyib: “Ətraf mühitə sərmayə qoyulmasını, rayonlar və icmalarla işi davam etdirməklə, Londonun bütün sakinlərinin sağlamlığını və salamatlığını yaxşılaşdıra bilərik.

NPC Fondu 2025-ci ilə qədər azı 25 şəhərə milli park-şəhər statusu verilməsini planlaşdırır. Hazırda digər yaşayış məntəqələri ilə danışıqlar aparılır. Məsələn, Qlazqo və Nyukasl şəhərləri Böyük Britaniyada bu fəxri statusa iddialıdırlar (Azərtac).

Mənbə musavat.com


Digər xəbərlər


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Mənim sevimli bayrağım" adı altında tədbir keçirilib - Foto

Uşaq evlərinin sakinləri «Mənim sevimli bayrağım» rəsmlərini çəkiblər. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xətai rayonundakı idman-əy...

Prezident televiziya və radio işçilərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.  «Repor...

Dahi Mirzə Şəfi Vazehin əsərləri Berlinin Humboldt universitetində - FOTOLAR

Müəllimi ona şərq poeziyasının sirlərini öyrətdi, məşhur olub varlanmasına öz töhfəsini verdi,  o da müəlliminə xilaf çıxmadı, onu alman oxucusu...

Rusiya "Çernobıl" haqqında film çəkə bilər

Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər üzrə komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov «Rosatom» dövlət şirkətinə 1986-...