19.07.2019

Mərkəzdəki bu kafedə ancaq daun və autizmli uşaqlar işləyir

İstanbulun mərkəzindəki kafelərin birində müştərilərə yalnız daun və autizm sindromlu uşaqlar xidmət göstərirlər

İllər öncə qızının əqli qüsurlu olaraq dünyaya gəldiyini öyrənən ata Sahuran Sinqen qızı başda olmaqla, 28 ana ilə bərabər əqli qüsurlu və daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyasını təmin edəcək bir dərnək və kafe yaradıb.

«Xəzər xəbər»in məlumatına görə, yüzlərlə uşağa həm iş imkanı, həm də yeni bir həyat bəxş edən kafe artıq 9 ildir ki, fəaliyyət göstərir. Hazırda «Daun kafe»də 36 uşaq işləyir.

«Daun kafe»də iş təcrübəsi qazanıb, insanlarla ünsiyyət yarada bilən uşaqlar bir müddət sonra başqa yerlərdə işlə təmin olunur. Onların yerinə cəmiyyətə qazandırılmaq üçün yeni uşaqlar işə qəbul edilir.

Elə uşaqlar qədər onların valideyinləri də özlərini burada xoşbəxt hiss etdiklərini deyirlər.

Mənbə axar.az


Digər xəbərlər


İlham Əliyevdən Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı - Sərəncam

Prezident İlham Əliyev noyabrın 22-də “Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərənca...

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət sürəti artırılır

Noyabrın 24-dən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək. Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə,...

İnqilabi yenilik! Görüntülü danışdığınız adama toxuna biləcəksiniz

Virtual məkanda qarşınızdakı şəxs sizdən nə qədər uzaqda olursa olsun, artıq o adama toxuna biləcəksiniz. Publika.az xəbər verir ki, ABŞ-ın N...

Paytaxtda iki marşrut xətti üzrə avtobuslar yeniləri ilə əvəzləndi

Uzun müddətdir ki, yararsız vəziyyətdə olan 71 və 93 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar təmir olunan və nisbətən iritutumlu nəqliyyat vas...