03.07.2019

Maşın bazarındakı durğunluğun səbəbi nədir?

Azərbaycanda avtomobil bazarındakı dürğunluq davam edir

Ötən bazar paytaxtın Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında aparılan araşdırmadan məlum olub ki, qiymətlərin baha olması və alıcı sayının ötən illərlə müqayisədə az olması satışların kəskin azalmasına gətirib çıxarıb.

Alıcı qıtlığının əsas səbəbi kimi qiymətlərin baha olması qeyd edilir. Baxmayaraq ki, son bir ayda bir qədər ucuzlaşma olub, lakin bütövlükdə qiymətlərlə bağlı ümumi mənzərə ürəkaçan sayılmır. Bu baxımdan alıcılar çox vaxt büdcələrinə uyğun avtomobil tapmaqda çətinlik çəkdiklərini bildiriblər.

Satıcıların dediyinə görə, qiyməti 9-10 min manatdan yuxarı olan «inomarkalar» var ki, aylardır bazara çıxarılmasına baxmayaraq, hələ də satılmayıb. Hazırda satışda olan avtomobillərin əksəriyyəti isə qış aylarından bazara çıxarılanlardır.

Satıcılara görə, əsas təlabat Rusiya istehsalı olan maşınlara və qiyməti 6-8 min arasında dəyişən «inomarka»laradır. Benzin mühərrikli avtomobillərə nisbətən dizel yanacağı ilə çalışan avtomobillər daha tez satılır.

Mənbə fins.az


Digər xəbərlər


Manatın sabahkı məzənnəsi

Yanvarın 29-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 29.01.2020-ci il tarixindən etibarən rəsmi məz...

Çindən Azərbaycana bu məhsullar gətirilməyəcək - RƏSMİ

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xal...

Dövlət qurumlarının balansında olan avtomobillərin hərracı keçiriləcək

Azərbaycanda fevralın 25-də dövlət qurumlarının balansında olan avtomobillərin hərracı keçiriləcək. Gülüstan.info xəbər verir ki, bu dəfə Mərkəzi ...

Diri quş və quş məhsullarının idxalına QADAĞA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məq...