08.07.2019

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Şəki xan sarayının və Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilməsi münasibəti ilə, birinci xanım Mehriban Əliyeva öz rəsmi Instagram hesabında Azərbaycan xalqını təbrik edib.

Qeyd edək ki, iyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

View this post on Instagram

Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik. Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edirəm! Азербайджанский народ достиг больших высот в сохранении и распространении в мире неповторимых жемчужин нашей национальной культуры, обычаев и традиций, исторического наследия. А сегодня мы отмечаем включение Дворца шекинских ханов вместе с историческим центром Шеки в Список всемирного наследия ЮНЕСКО. Искренне поздравляю наш народ с этим историческим событием!

A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) on


Digər xəbərlər


Mədəniyyət nazirinin səlahiyyətlərini kim icra edir?

Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiq...

Prezident Niyaməddin Musayevi təltif edib

Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. N. Musayev ...

Formula 1-də iki komandanı işdən azad etmək qərarı

Kovid -19, Formula 1-i get-gedə çətinləşdirir. Dünyanın ən bahalı idmanlarından olan mübarizədə Mercedes və Ferrari ilə müqayisədə  daha aşağı  büdcə...

Koronavirusla mübarizəyə 5 milyon ayıran müğənni pərəstişkarlarına da pul yollayır

Ulduz müğənni Taylor Svift koronavirusla mübarizə üçün 5 milyon dollar pul ayırmaqdan əlavə pərəstişkarlarına da yardım edir. Gülüstan.info xəbər ...