12.07.2019

Metro ve avtobuslarda istifadə olunan «Bakı Kart»lara online pul yükləmək olacaq

Paytaxtın nəqliyyat sistemində istifadə olunan «Bakı Kart»ın balansını bu ilin sonuna qədər internetlə artırmaq mümkün olacaq. 

Bu barədə  Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib. 

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır.

BNA rəsmisi kartlara pul yükləmək üçün şəhərdə quraşdırılmış terminalların işləməməsi barədə deyilənlərə də münasibət bildirib: «Bu günə qədər həmin terminalların heç bir sıradan çıxmayıb, yalnız ara-sıra texniki problemlər yaşanır. Dərhal əraziyə baxış keçirilir və həmin problemlər aradan qaldırılır. Hazırda «Bakı Metropoliteni» QSC-nin stansiyalarında 148, avtobus dayanacaqlarında isə 50-dən çox «Bakı Kart» terminalı var. Bu terminallardan gün ərzində 100 mindən çox insan istifadə edir. Elə adamlar var ki, bir gündə 20 dəfədən çox yükləmə həyata keçirir”.

Mənbə fins.az


Digər xəbərlər


Diqqət! Ünvanlı sosial yardımın alınması qaydaları dəyişir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunma...

Ölkədə banklara olan inam niyə aşağıdır?

Ölkəmizdə vətəndaş bank münasibətlərində təbii ki, müəyyən problemli məqamlar mövcuddur.Bu sahədə  cəmiyyətdə banklara ,xüsusilə də özəl banklara ola...

Avtomobili olanlara ideal rahatlıq yaradıldı

Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək.Bu barədə FED.az-a Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsi...

Ölkəmizə gətirilən avtomobillərin sayı 2 dəfə artıb - SƏBƏB

Hesabat dövründə ölkəyə 27 825 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal ...