08.07.2019

Milli Məclis deputatları növbədənkənar iclasa çağrıldılar

İclasda 38 məsələyə baxılacaq

Sabah Milli Məclisin növbədənkənar sessiyasında növbəti plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 38 məsələ daxil edilib.

İclasda «Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya»ya I və II Düzəlişlərin təsdiq edilməsi barədə» qanun layihəsinə baxılacaq.

Mülki Prosessual, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar, Mülki, Cinayət məcəllələrində, «Məhkəmələr və hakimlər haqqında», «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında», «Bələdiyyələrin statusu haqqında», «Dövlət rüsumu haqqında», «Dövlət satınalmaları haqqında», «Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında» və digər qanunlarda dəyişikliklər müzakirə ediləcək.

Mənbə sputnik.az


Digər xəbərlər


Bizneslə məşğul olmaq istəyənlərə ŞAD XƏBƏR - Prezident yeni nazirə ciddi göstəriş verdi

«Elə bir şərait yaradılmalıdır ki, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad o...

Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib

Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə seçkilər keçirilib. Səsvermədə AME...

AMEA prezident vəzifəsinə seçki keçirir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı başlayıb.  Ümumi yığıncaqda Prezident Administrasiyasının rəhbəri, akademik Ram...

Mikayıl Cabbarov üçüncü nazir postuna təyin edildi - Bu dəfə İqtisadiyyat naziri

Prezident İlham Əliyev Mikayıl Cabbarovun Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.  ...