23.07.2019

Miqrantların qəbulu qaydaları dəyişir — 14 ölkə dəstəklədi

“Qaçqınların qəbulunu və onların operativ yerləşdirilməsini tənzimləyən yeni bir mexanizmi təklif edilib. Bu mexanizm Avropanın 14 ölkəsi tərəfindən dəstəklənib”. 

“TASS”a istinadla xəbər verilir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə BMT-nin Qaçqınlar üzrə Ali komissarı Filippo Qrandi və Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Helsinki görüşündə təqdim olunan sözügedən franko-alman sənədinin prinsiplərilə 14 Avropa dövlətinin razılaşdığını deyən Makron qeyd edib ki, bunların arasında səkkiz iştirakçı ölkə bu istiqamətdə aktiv şəkildə əməkdaşlıq edəcək. 

Fransa prezidenti həmçinin Avropa İttifaqının Afrika Birliyi ilə sıx əməkdaşlığı çərçivəsində insanların sığınacaq tapmasına imkan verəcək bu proqramı maliyyələşdirmək niyyətində olduğunu açıqlayıb.

Mexanizm miqrantların vətənlərinə qayıtmasına imkan verəcək. Proqrama görə, qanunsuz miqrant daşıyıcılarının əsas yollarından birinin keçdiyi Niger ilə işləməyə xüsusi diqqət yetiriləcək. Eyni zamanda, dövlət başçısı miqrantların Aİ boyunca paylanmasında iştirak etməkdən imtina edən AB ölkələrini tənqid edib. 

Qeyd edək ki, prezident çıxışında miqrantların qayıdışını təmin etmək üçün Avropa Komissarlığının səlahiyyətlərinin gücləndiriləcəyini də vurğulayıb.

Mənbə apa.az


Digər xəbərlər


Son dəqiqə! Ərdoğan Bakıya gəlir

Türkiyə prezidenti Azərbaycana səfər edəcək Gülüstan.info xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözcüsü İbrahim Kalı...

Lavrov İdliblə bağlı qərarlarını açıqladı

Rusiya Türkiyə ilə razılaşmalara sadiq qalacaq. Gülüstan.info xəbər verir ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov İdliblə bağlı qərarların...

Daha 3 məntəqənin nəticələri etibarsız sayıldı

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb. Gülüstan.info...

1 Dairənin 2 məntəqəsi ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən Günel Səfərova, Musayev Elşad və digər namizədlərin...